|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
 Qardaşxan  ƏZİZ

ZİYARƏTGAH   ŞAİR
       
Məmməd Araz əslində yatmış ruhları belə oyadan fəsillərdən ən gənci, ən çılğını yazda olub deyirlər, yaş kağızında oktyabrın  14-dür.
Bakıda şairin 60 illiyi ilə bağlı keçirilən məclislər silsiləsi öz başlanğıcını hələ ötən ay doğma Naxçıvandan götürüb. Oktyabrın 12-də Milli İstiqlal partiyası şairin yubileyinə öz hədiyyəsini verdi, - Opera və Balet teatrında M. Arazın iştirakı ilə yaddaqalan ədəbi-bədii şer məclisi keçirtdi. M. Arazın 60 yaşının dövlət səviyyəsində qeyd olunacağı gün də elan edilib.
Naxçıvanda keçirilən yubiley tədbiri, dəyilənə görə, heç bir görüşlə müqayisəyə gəlməz. Təyyarə meydanında şairin qarşılanmasından tutmuş gələn qonaqlar yerləşdirilənəcən Naxçıvan televiziyası sevimli şairin gəlişini birbaşa translyasiya edib. Canlı yayım zamanı telemüxbirlərin şair haqda onun qələm dostları və oxucuları ilə müsahibəsi çox təbii səslənib.
H. Cavid adına Naxçıvan Dövlət Dram teatrındakı görüşdə heç ayaq üstə qalmağa yer olmayıb. Alim Budaq Budaqov, şair Söhrab Tahir, aktyor Mikayıl Mirzə, tənqidçi Vaqif Yusifli, iranlı Cavad Heyət, türk İbrahim Bozyel, Mərənd Universitetinin nümayəndələri çıxışlar edib. Cavad Heyət şairə “Leyli və Məcnun” rəsm əsərini təqdim edib: “Leyli-Məcnun”u seçib gətirmişəm, - deyib. Məcnunu – Məmməd Araz, Leylini – sevgili Azərbaycan kimi mənalandırdığını bildirib. Heydər Əliyevin təbrik teleqramı oxunub. Şairin başına gül hədiyyə “yağışı” yağdırılıb. Axşam televiziya şair haqqındakı “Məni qoymayın təklənəm” sənədli filmini verib.
Naxçıvan Dövlət Universiteti şairə həsr olunmuş elmi konfrans keçirib. Şairin anadan olduğu Şahbuz rayonundakı mədəniyyət evində görüş zamanı oxunan rayon sovetinin qərarı şer həvəskarları tərəfindən alqışlarla qarşılanıb, -  mədəniyyət evinə sənətkarın adı verilib. Şair Söhrab Tahir deyir: Naxçıvan görüşlərində mən dedim ki, biz Məmmədlə iki qələm, bir canıq, bircə fərqimiz var ki, məni oxucular qucaqlayıb öpür, Məmmədi isə ziyarət edirlər. Ən gözəli o olub ki, şair Naxçıvandan ilk dəfə olaraq Təbrizə gedib. Söhrab Tahirlə, həyat yoldaşıyla və nəvəsiylə birgə. Ustad ulu Şəhriyarın məqbərəsini və ev muzeyini ziyarət edib.
S. Tahir deyir ki, Xorasana da gedəcəkdik. Amma son anda Məmməd yolun uzaqlığına görə razı olmadı. Əgər getsəydik, İmam Rzadan günahlarımın bağışlanmasını xahiş və Məmməd Arazın sağalması üçün dua edəcəkdim. Inanıram ki, Allah məni eşidəcəkdi, Məmməd sağalacaqdı, - deyir S. Tahir.
Oktyabrın 20-də  M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında rəsmən şairin 60 illiyinin qeyd olunması nəzərdə tutulur. 30 oktyabrda isə aktyor M. Mirzə M. Araz şerlərinin ən yaxşı ifası üzrə müsabiqə keçirəcək. Şairin arzusu budur ki,  bu iki məclis birləşdirilib, ayın 30-da keçirilsin. Bədii hissədə müsabiqə olsun, qaliblərə elə oradaca mükafatlar təqdim olunsun.
Bakıda “Vətən mənə oğul desə...” adıyla keçirilən şairə həsr olunmuş ilk böyük məclis Məmməd Arazın xalq tərəfindən niyə sevildiyini bütün incəliyinə kimi açdı.
Müğənnilər şairin sözlərini oxudular. N. Musayevin “Dünya sənin, dünya mənim” mahnısı zirvə oldu. “Ya rəbbim, bu dünya sən quran deyil”, Vətənə aid şerlər, “Atamın kitabı” poemasından parçalar ifa olundu. Şair Musa Yaqub qələm dostunu ona həsr etdiyi şerlə salamladı.
            Xətainin qılıncını suvardım,
            Məmməd Araz karandaşı göyərdi –
deyən şairə AMİP lideri Etibar Məmmədov hədiyyə olaraq qılınc və qələm təqdim etdi.
Məmməd Arazın bir şair kimi sevən ürəyi, (“İlahi, qəlbimə bir sevgi göndər, İlahi yazıqdır məni sevənlər”), təbiətə vurğunluğu (“Çiskinli bir gündə gəldim bu yerə, Dumanda görünməz dumandı Göy göl”) şer pərəstişkarlarına yaxşı bəllidir. Amma şairin bu qədər sevilməsinin başlıca səbəbi onun yaradıcılığının ana xəttini Azərbaycan xalqının mənəvi birliyi və vətəndaş həmrəyliyi motivlərinin təşkil etməsidir. Siyasət tozanağında Vətən bölgə-bölgə, xanlıq-xanlıq bölünən zaman yalnız  M. Araz tək şairlərin poetik gücü xalqın mənən aşınmasının qarşısını ala bilib. “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” – poetik qənaətinə gəlmiş M. Arazın öz ölkəsinin, xalqının taleyi üçün həmişə məsuliyyət hissi keçirən bir şair olduğunu görmüşük. Məğlubiyyətlərə acı-acı köks ötürən Məmməd Araz həm də avam milləti günahlandırır.
            Dedim ki, payını allah yetirsin,
            Ağlı gödəninə calaq millətin.
            Payını it qapar maymaq millətin.
            Yamaq millətlərə yamaq millətin
            Qadını ər doğmaz qorxaq millətin...
                    
                 Ya da:
           
            Hələ mürgülüyük, xeyli mürgülü,
            Zurnalı, qavallı, neyli mürgülü,
            Hələ öz içində batanımız çox,
            Düşmən laylasına yatanımız çox, -
misraları şairin xalqdan gileyidir.





“Nobel mükafatı”, “Məndən ötdü, qardaşıma dəydi”, “Dünya sənin, dünya mənim”, “Haqqın yoxdu, haqqın var”, “Qalx ayağa, Azərbaycan” kimi xalqı mənəvi birliyə, vətəndaş həmrəyliyinə çağıran əsərləri, həmçinin “Əlvida, dağlar”, “Bulaq başında”,  “Qızlar”, “Məhəbbət körpümüz” və başqa onlarla lirik şerləri çoxdan dillər əzbəri olub, Azərbaycan xalqının mənəvi sərvətinə çevrilib.
Məmməd Araz şerini öyrənib-öyrətmək, onu xalqın mülkiyyətinə çevirmək Sabir, Mirzə Cəlil, Şəhriyar sərvətini mənimsəmək qədər qiymətlidir.

1993
 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws