|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Əli  ÇƏRKƏZOĞLU
                           
ARAMIZDA   BİR   ÇİNAR  VAR

Dənizin üzü kimi sakit günlər vardı, nə dalğa görünürdü, nə təlatüm gözlənirdi. Adamlar ləpə kimiydi, hamı səhər tezdən işinə gedir, axşam evinə dönürdü. Nə bugünkü qac-qov vardı, nə də adamlar dünyaya bu qədər həris idilər.
Məşhur olmaq üçün ya mahnı oxumalıydın, ya da şer yazmalıydın. Şer də çox xətir-hörmətli şey idi, yuxarıdan da dəstəyi oldumu, qurtardı getdi.
Biz Məmməd Araz adını o illərdə tanıdıq və sevdik. Yuxarıların, ayın, günün cızdığı yolun dışında özünə yol açırdı, elə açdı da. Sözünü içində bulunduğu aya, günə, taxt-tacların iradəsinə uzlaşdırmadı, bütöv zamana  üz tutdu, hər kəlməsində ürəyinin üstünə əyildi, kimsədən bir şey ummadı.
70-80-cı illərin gəncliyi əsl şerdən söhbət düşəndə hər kəsdən öncə  Məmməd Arazdan çəkindilər.
Bu gün şer yazan əvvəlkindən çox olsa da, nə şerin bir hörməti var, nə də şairə dövlət mükafatı, pulsuz ev verən. Amma yenə bu qarışıqlıq içində Məmməd Araz adı bir çinar kimi durur və Azərbaycanın hansı bucağından baxırsan-bax, gözünü doldurur. Həm də bu ad özü ilə məşhurlaşdığı o illərin ovqatını gətirmir, o gündən, bu gündən Məmməd Araz adına çox az şey toxunub, heç bənzəri yoxdur. Onun hər yeni misrası, müsahibəsi bu bulanıq günlərdə  ruhumuzu bulanmaqdan qoruyur.
Hərdən nəşriyyatın pilləkənində, uzun dəhlizində rast gəlirik. Hiss edirsən ki, qolundan tutan da, yanından keçən də bacarsa, onun ağrılarını da bölüşər, acılarına ortaq da olar. Hərdən də mənə elə gəlir ki, adamların qolundan yapışdığı Məmməd Arazın özü deyil, heykəlidir, adamlar da bu heykəl-adamla xatirə şəkli çəkdirmək istəyirlər. Amma bütün hallarda Məmməd əmi o sevgini, o qayğını və o heykəli çoxdan haqq edib.
Məmməd əmini qarşıdan gələn doğum günü münasibətilə təbrik edir, Allah-Təaladan ona şəfa, könül xoşluğu diləyirik.

2001
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws