|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
MƏMMƏD   ARAZIN  QƏMLƏ  KÖKLƏNMİŞ
ARAZ   DASTANI

Araz ikiyə bölünmüş Azərbaycanın ayrılıq səddi kimi şairlərimizin, aşıqlarımızın hər zaman qınadığı, qarğıdığı, umduğu, küsdüyü bir çaydır. Araz yalnız Azərbaycanımızın yaralı torpaqlarından axmır. Araz çayı özü kimi vüqarlı, əyilməz şairimiz Məmməd Arazın vətən sevgisi dolu qəlbindən axır:
Bəxtimə bir yazı qurumu dəydi,
Taxtıma iki əl qırımı dəydi,
Gözümə bir Araz şırımı dəydi,
Yüz Araz töküldü gözümdən mənim.
Şair Araza adi gözlə, adi çay kimi baxmır, onu duyur, onunla yaşayır, onunla axır, coşub-daşır, sərt qayalara çırpılır, amma təslim olmur, hər iki sahilin dərdini çəkir;  Beləcə, Arazlaşır Məmməd Araz...
Arazı günahlandıran, ittiham edən şairlərin heç biri Məmməd Araz qədər onu sevə bilmir. Bunun üçün ürəkdə yanğı gərəkdir, elə yanğı ki, heç Araz da söndürə bilməsin: həmişəyaşar yanğı:


Sudan çıxan balıq tək,
Ölərəm mən Arazsız.
Tayı itmiş ceyran tək,
Mələrəm mən Arazsız.
O, mənim mürəkkəbim,
Mən onun qələmiyəm.
O, mənim telli sazım,
Mən onun “Dilqəm”iyəm.
“Su – içmək üçündür, çay keçmək üçün” – deyən şair hələ təzəcə Arazdan yazmağa başlayanda, bir vaxt Arazın körpülənəcəyinə nikbinliklə inanırdı. Araz üstə qoşa çinarın – igid çinarın, gəlin çinarın qovuşacağına  inam bəsləyirdi. Şair həmişə Arazla dərdləşmiş, özü də daim bir Araz yükü çəkmişdir.
Arazın hər ləpəsində, hər pıçıltısında min kədər duyur şair! Araz üstə su elektrik stansiyası tikiləndə sevinən, işıqları görüşəcək iki sahili salamlayan, uğurlar diləyən şair təəssüf edir ki, işıq verən, nur saçan Araz həsrətli ürəkləri sərin suları ilə soyuda bilmir. Polad çəpərlər, dəmir tikanlar Arazı keçilməz edir. Şair Arazı yırğalanan dəvəyə bənzədərək deyir:
Aclığın var, boynunu bir çölə döndər, Dəmir tikan qırpmaq öyrən, dəmir tikan.
Məmməd Arazın “Araz axır” poeması Azərbaycan ədəbiyyatında bu mövzuda yazılmış ən yaxşı əsərlərdən biridir. Burada Arazın fonunda             şairi düşündürən milli-tarixi və bəşəri problemlər bədii cəhətdən ümumiləşdirilmişdir.

2001

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws