|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
“Alternativ”çilər.

MƏMMƏD   ARAZ

“Bir zərrənin işığına milyonlar şərik” deyib, özü də o şəriklərdən biri kimi yaşayan, lakin fərqli düşünən, yazıb-yaradan, xalqının yaddaşına əbədi həkk olunan Məmməd Araza.
Şair adlandırılanlarımız çoxdur, şair olanımız az. Şair olanların siyahısına düşmək böyük xoşbəxtlikdir. Dünyanın düzəlməməsindən, heç kimə mənsub olmamasından danışan, Vətəninin bir oğul kəlməsinə görə qayasında mamır olub bitməyə razı olan Məmməd Araz şair olanlardandır. Azərbaycan poeziyasının yükünü çiyinlərində gəzdirən dahidir Məmməd Araz. O, xalqın içindən çıxıb, xalqın şairi olub. Düşünərək, sevərək yazıb. Hər yazdığında bir məna, bir duyğu duyulur.
Məmməd Araz sözünün nə əvvəlinə, nə də axırına heç bir titul qoymadan şerlərini 100 ildən sonrakı nəslin qarşısına qoysan o dəqiqə - dahidir, xalq sənətkarıdır, ən əsası, böyük şairdir – deyərlər. Məmməd Arazın qəlbi də yaratdığı poeziya nümunələri kimi genişdir, pakdır, ədalətlidir.
Dahi şairimiz vətənini sevir. Vətənində yaşayan hər bir soydaşı da ona böyük məhəbbət və ehtiramla yanaşır. Çünki Məmməd Araz şairdir. Şair olmaq isə çox çətindir. Hər bir sözün, hər bir misran nizamlanmalıdır. Adicə bir səhv fikir şairliyin dəyərini alçaltmaq gücünə malikdir. Daim yüksəkdə olmaq, şair kimi tanınmaq az-az sənətkarlarımıza nəsib olub ki, onlardan biri də Məmməd Arazdır.   
Şair kimi dünyaya gəldiyi günü qeyd edirik Məmməd Arazın. O, şair kimi doğuldu, Vətəninə bir Tanrı sovqatı oldu. Bu sovqatı qəbul edib Məmməd Araz yaradıcılığına qiymət verməyi bacaran hər bir kəs onu təbrik edir. Ad gününüz mübarək olsun, Məmməd Araz! Ruhunuz əvvəlki tək təmiz, yazıb-yaratmaq həvəsiniz tükənməz olsun!

2001


 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws