|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
S.V.MİXALKOV
FOMA

Tində var bina,
Bir baxın ona,
Orda yaşayır
İnadkar Foma.
Məktəbdə, evdə,
Lakin, nədənsə
İnanmır əsla
Foma heç nəyə,
Foma heç kəsə.
Payızda palçıq
Basanda yolu,
Yağanda yağış,
Yağanda dolu,
Bu zaman ana,
-Qaloşunu gey,
Söyləyir ona.
İnanmır amma,
İnanmır Foma:
-Yalandır, -deyə,
Foma qaloşsuz
Çıxır küçəyə.
Şaxtalar düşür,
Hamı geyinir,
Xizəyə minir,
Gəzir, sürüşür...
-Qış gəlib daha,
Qalın geyin, çıx-
Deyirlər ona.
İnanmır amma,
Üst-başı açıq
Gedir küçəyə,
Gəzməyə Foma.
O, zooparka
Uşaqlarla bir
Gəzməyə gedir.
Deyirlər ona:
-Bu fildir, Foma!
Foma inanmır,
Deyir yalandır!
Deyir! - Düz deyil!
Deyir ki, filə
Oxşamır bu fil!
Bir gün də yuxusuna
Görün hələ nə girir:
Elə bil Afrikanı
Addım-addım o gəzir.
Afrika günəşi də
Yaman yandırıb-yaxır.
Konqo adlı çay da ki,
Axır, axır, hey axır...

Uşaqlar, budur,
Yetişir çaya
Hamı bir səslə
Deyir Fomaya:
-Ey, çimmək olmaz,
Burda  timsah var,
Səni parçalar!
Bu sözlər ona
Kar etmir amma,
-Yalandır!-deyir
Yenə də Foma.

Atıb tuman-köynəyi
Sahilə, qumlar üstə,
Dəcəl atılıb-düşür
Çay boyu üzə-üzə.
Odur, timsah yetişir,
Ağzını da açıb, bax!
Uşaqlar qışqırırlar:
-Yüyür, qurtar, ay axmaq!
Cavabında gör hələ
Nə eşidir uşaqlar:
-Özünüzü öyrədin,
Mənim on bir yaşım var!
Timsah onu haqlayır,
Çəmkirir də Fomaya.
Necə də qəzəblənib,
Qurtarmaq olmaz daha...
Yırtıcının ağzında
Diyirlənir kəlləsi,
Ancaq yenə sahilə
Gəlir Fomanın səsi:
İnanmıram...
Düz deyil...
Udqundu, nəfəs aldı,
Qarnı tox oldu timsah.
Baş vurub göy sulara
Sonra yox oldu timsah.
Tuman-köynəkdir qalan
Qum üstündə bir indi.
Daha qorxulu çayda
Bir kimsə çimmir indi.
Foma qalxır yuxudan,
Başa düşmür bu nədir.
Baxır tuman-köynəyi
Stolun üstündədir.

Foma heyrət içində,
Təəccüblə dillənir:
-İnanmıram, yoldaşlar!
Yox, bu yuxu deyildir!

Foma kimi Fomalar
Gəzin, görün harda var?
Bu şerimi onlara
Oxuyun, ay uşaqlar!


 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws