QONŞU
Ömründə açmadı özgə bir qapı, Süfrəsi görmədi nə dost, nə qonaq. Beləcə bağlandı ömür kitabı, Beləcə bağlandı, açılmayaraq...
Arvadı ağladı, yığıldıq yasa, Biz ona rəhmət də deyib baş əydik. Həyət qol çırmadı, düşmən də olsa Yenə qonşumuzdu, dəfn etməliydik.
Sükut bir səs yaydı ürəyimizə: Diri görmüşdükmü ölən adamı? Öləndə tanıdıq qonşuymuş bizə Otuz il qonşumuz olan adamı... 1960
|
|