BƏZİ ŞAİRLƏRƏ
Az tərif axtarın, az şöhrət gəzin, Əsər yaratmayır giley, danışıq. Cinayət deyil ki, düşünək bizim Çoxumuz bir dahi doğulmamışıq.
Çinsiz, rütbəsiz də batmayaq yasa, Əsgər şərəfilə yaşayaq da bir. Hamı döyüşlərdə general olsa Daha generallıq kimə gərəkdir...
1963
|
|