|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
ÖMRÜM, ARZUM...

İşə gedirəm səhər,
Evə dönürəm axşam;
İstəyirəm nə qədər
Bu adətə alışam,
Nə qədər istəsəm də
İstəyim azlıq edir.
Arzumun yelkəninə
Ömrüm dayazlıq edir.
Beləcə ömr eləmək
Bəzən bezdirir məni.
Dəmiryol qatarı tək
Bir yolla gedib-gəlmək
Bəzən bezdirir məni.
Arabir istəyirəm:
Deyələr işin-gücün
Üfüqdən o yandadır;
Səadətin bir dağda
Görünməz dumandadır.
Yüyürəm bir nəfəsə,
Dərədən, düzdən keçəm...
Başımın üstdən keçə
Buludlar topa-topa.
Yolumda şimşək çaxa,
Yağış yağa,
Sel qopa.
Yenə gedəm, yol gedəm...
Yollar tək qalar deyə
Fanar olam gecəyə,
Qanad olam buluda,
Nəfəs olam sükuta.
Yenə gedəm, yol gedəm...
Gözlərimdə əks ola
Sökülən dan, gülən dan.
İçəm sübhün nurunu
Üfüqün dodağından.
Çiçəkləri, gülləri
Şəbnəmlərə bələyəm.
Meşələrə, çöllərə
Quş nəğməsi ələyəm.
Nabələd ovçulara
Bələdçilik eləyəm.
Ceyranların izindən
Yayındırıb arabir
İtirəm də onları.
Pələnglərlə üz-üzə
Gətirəm də onları.
Yenə gedəm, yol gedəm...
Gəzəm fikrin, xəyalın
Gəzmədiyi yerləri.
Kiminsə həsrətilə
Yenə qayıdam geri.
Kimsə məndən istəyə
İtmiş səadətini.
Kimsə məndə yandıra
Sönmüş məhəbbətini.
Bu arzu aləmində
Hanı bəs təzə yolum?
Son mənzili olmayır
Sənətdə kəsə yolun.
Adi ömür, adi iş --
Məndən ötrü deyildir.
Hələ bir insan ömrü
Şair ömrü deyildir.

                    1965


 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws