|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Ə. ƏSGƏROV
 
“ MƏN   SƏNİ   TAPARAM “

     Azərnəşr  istedadlı gənc şair Məmməd İbrahimin   “ Mən səni taparam “ adlı üçüncü  şerlər kitabını çapdan buraxmışdır. Kitabçada şairin 34 şeri toplanmışdır.

     Məmməd İbrahimin yeni şerləri göstərir ki, o, son illərdə daha səmərəli  işləyərək yaradıcılığını inkişaf etdirmiş, bədii sənətkarlığa ciddi fikir vermişdir. Şairin mövzuları müxtəlif, üslubu sadə, dili səlistdir. O, həm də həyat həqiqətlərinə həmişə sadiq qalmağa çalışır, sosializm realizm prinsipini  yüksək  tutur.
     Kitabça “ Oyat məni” adlı şerlə  başlanır.
                           Səhərlər yuxudan tez oyat məni,
                           Qoyma axşamlar da tez  yatım, ana!
                           Bir qara daş bilər bu həyat məni,
                           Yuxularda keçsə həyatım, ana!
 Bu sətirlərdən göründüyü kimi şair düşünmək, axtarmaq, yazıb-yaratmaq, zəhmətə qatlaşmaq istəyir. O, həyatın mənasını varlığı duymaqda, düşünməkdə görür.  
    Şairin “ Bir oxucuya məktub” ,” Qaranquş “ , “ Subay kosmonavt “, “Mənim ünvanım” , “ Kəndə işıq gəldi “, “ Bakı fəhləsi “ adlı şerlərində səmimi hisslər, nəcib fikirlər və gözəl bədii ümumiləşdirmə vardır. “ Subay  kosmonavt”  şeri Sovet İttifaqı  Qəhrəmanı Andrian  Nikolayevə həsr edilmişdir. Şair bütün dünya qızlarının subay kosmonavta səmimi və saf məhəbbət bəslədiyini lirik  bir dillə təsvir etmişdir.
      “Kəndə işıq gəldi“ adli şer gözəl bir niyyətlə yazılmışdır. Bu şerdə keçən müharibənin törətdiyi dəhşətlər  yığcam və səlist bir şəkildə göstərilmiş, zəhmətə, işığa və gözəlliyə pərəstiş edən insanların səmimi arzuları tərənnüm olunmuşdur.
  “Gəncliyəm“ adlı şerdə yeni dünya quran kommunizm nəslinin cəsurluğu, qəhrəmanlığı əks etdirilmişdir. Şerdə deyilir:
                          Mən körpələrə layla
                          Analara gülüş,
                          Qocalara dincliyəm.
                          Həm dünən. həm bu gün,
                          Həm də ki, sabah adlı
                          Bir kommunist gəncliyəm. 
       M. İbrahimin şerlərində vətənpərvərlik motivləri geniş yer tutur. Bu fikirlər “ Mən səni taparam “, “Nobel mükafati “ , “ Bakı fəhləsi “  və başqa şerlərdə daha aydın görünür. O, kommunizm quran xalqımızın  nailiyyətlərini dərin məhəbbətlə tərənnüm edir.
     Məmməd İbrahimin  şerlərində orijinal və səmimi fikirlər çoxdur. Gənc şairin özünəməxsus yaradıcılıq  yolu vardır. Biz bu yolda ona yeni-yeni müvəffəqiyyətlər  arzu edirik.
                                                                                   
1963
 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws