|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
GÜNƏŞİ  İTTİHAM  EDƏNLƏR

Bu gecə fəzaya düşmüşdü yolum,
Bir topa ulduza ilişdi yolum.
Qəribə bir aləm gördüm bu gecə:
Göz işlədikcə
Bir salon uzanır göyün düzündə,
Ulduzlar əyləşib əli üzündə,
Dinləyir, arabir əl çalanlara
Qoşulur yazıqlar.
Danışır planet narazılıqlar,
Giley kometlər...
Buynuzlu qeybətlər,
Cisimlər arası münasibətlər,
Dumanlı söhbətlər
Günəş sistemində mehvər istəyir,
Göylərdə ayrıca göylər istəyir.
Günəş işıqladan səma zalında
Günəşlik istəyir öz xəyalında
Sönmüş, söndürülmüş meteroitlər,
Sürünən, quyruqlu asteroidlər.
Günəş öz işində, dərdi-sərində,
Baxıb zərrəsinin zərrələrindən
İstəyir yeni ay, ulduz yarada,
Sönən dünyaların üstünə ata.
Günəş öz işində, öz xəyalında,
Günəş işıqladan səma zalında
Günəş müttəhimdir.
Deyir yana-yana adsız bir cisim:
Günəş haqqımızı tapdayır bizim!
Milyon il, milyard il
        bir yol, bir cığır -
Nə geriyə dönür,
        nə sona çıxır.
Hərəkət əbədi,
Sürət əbədi.
Bu misqal çəkilər, ölçülər nədi?
İstilik, soyuqluq, qaranlıq, işıq
Azalmır bir qaşıq, artmır bir qaşıq...
Kim isə söz atır:
-- Sənətin nədir?
-- Böyük kometlərin quyruq yığanı,
Kiçik ulduzların böyük gümanı...
-- Bəs nə istəyirsən?
Fikrini anlat:
-- Çəkimə əlli qat,
        Bəlkə də yüz qat
Artıq ola bilən cazibə, dartım,
Neçə böyükləri özümə qatım,
Kiçiklik adını üstümdən atım...
Yerində çırtlayır başqa bir cisim:
Günəş haqqımızı tapdayır bizim!
Fəzada yeddi rəng, milyard nüsxəli -
İşıq xəbərləri günəşdi, bəli.
Tutulsun günəşin işıq yolları -
Kəsilsin günəşin işıq qolları
Nə qədər bərk  getsək haqlayır bizi,
Xoşu gəlməyəndə saxlayır bizi,
Bir cavan ulduzu salır qabağa...
                Atmaca:
-- Sən nə istəyirsən, ulduz bəy ağa?
-- Azad fırlanış!
-- Azad fırlanışda məqsədi danış!
-- Harada sıxlıq var - oraya getmək!
Ulduzlar toqquşsa, haraya getmək?
Məğrur olanının başına yumruq!
Necə mən gəzmişəm gözləri yumuq,
Elə də o gəzsin bu boş varlığı,
Duysun günəşdəki əzabkarlığı...
Yalançı natiqlər çıxıb kürsüyə;
Böhtanla, yalanla dönüb gürzəyə
Günəşin qətlinə verirlər qərar.
Mənim qorxduğumu görüncə İkar
Söylədi: yer oğlu, olası deyil!
Kainat günəşsiz qalası deyil.
Oğul nankorların adəti budur:
Günəşin nurunu həmişə udub,
Cazibə alırlar, sürət alırlar:
Sonra da beləcə “gözdən salırlar”.
“Onu əvəz edən bəs kim olacaq?” -
Burda duruxurlar günəş yıxanlar.
Bir də ki, nə qədər çalışır ancaq
Onu gizlətməyə yer tapmar onlar...

1968

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws