ÇOBAN NƏĞMƏSİ
Nəfəsində dağ havası, dağ nuru, Vüqarında qayaların qüruru. Çəmənlərdir, çiçəklərdir həmdəmin, Buludlardır, şimşəklərdir həmdəmin.
Məhəbbətin yaylaq kimi -- qəlbi, təmiz. Gözü duru bulaq kimi qəlbin təmiz. Bərəkətin bulud-bulud -- Axarını dağlara tut, düzlərə tut. Çoban ömrü ömürlərin uzunu; Nəğməsi var: “Çoban, qaytar quzunu...” Dağ neyləyər bu nəğməsiz çağları, Çoban, qaytar bu dağlara dağları... 1970
|
|