KÜLƏKLƏR
Döy qapımı, döy qapımı, Müşfiq küləyi, Əli Kərim qasırğası, qır pəncərəmi. Bir uçurumdan asılıdır şair urəyi, Bir sal daşa söykəmişəm pəncələrimi.
Küləklərin laylasında uşaq kimiyəm, Küləklərin nənnisində oynayır əlim. Küləklərə qısılıram nənəmdir, - deyə, Saçlarını oxşamaqdan doymayır əlim.
Torpağımız alov quşlu, şimşək cüyürlü, Bu torpağı qucmaq üçün dumanlaşaydım, Əyiləydim bir div kimi: Arazlı, Kürlü Dərələri sümürəydim, tufanlaşaydım.
Qarşı gələn səd küləyi, sərhəd küləyi Mənim külək qoşunlarım əzərdi onda. Eh, nə bilim, bir dəlisov Məmməd küləyi Bəlkə sizin dalınızca əsərdi onda...
1971
|
|