ÜFÜQ
Nə yaxşı, əl çatmazdır üfüq; Nə yaxşı, arzularca Ucalmazdır üfüq. Nə yaxşı əl çatmazdır üfüq. Nə qədər xəyalımız səs qapır, söz tapır, çapır, çapır... Düz keçir, dağ aşır, yetmir ona. Nə yaxşı yetmir ona. Nə yaxşı, əl çatmazdır üfüq. Nə yaxşı, arzular kamına alçalmazdır üfüq. Nə yaxşı, istəyin boz quma əkiləni var. Ümidin çarmıxa çəkiləni var. Nə yaxşı, sən varsan, üfüqdən o yankı həyatım. Üfüqdən o yanda- Söz yetməz heyhatım...
1970.
|
|