|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
GENERAL  KƏNDİNƏ   MƏKTUB

1972-ci ilin oktyabr-noyabr aylarında Başqırdıstana yaradıcılıq ezamiyyətinə getmişdim. Elə bir “xüsusi yaradıcılıq məqsədim” yox idi. Tatarıstanı, Başqırdıstanı, Ural ətəklərini gəzmək, yeni adamlarla görüşüb, təzə təəssürat qeydləri aparmaq istəyirdim.
Belə bir zamanda “qəfil qonağın” gəlişi Başqırd qələm dostlarını sevindirdi. “Təəssürat dəftərinə” yeni adlar, yeni ünvanlar düşdü. Çox yerdə xalqımızın, ədəbiyyatımızın ünvanına deyilən xoş sözlərdən məst oldum, “cavab nitqində” onların borcundan çıxa bilmədim.
Belə unudulmaz görüşlərdən biri Karmısal rayonundakı general Şaymuradov adına kolxozda oldu. Yeddi para kəndi birləşdirən bu kolxozda yeddi millətin nümayəndəsi çiyin-çiyinə işləyir, qardaşlıq, dostluq, qarşılıqlı hörmət dilində bir-birini sevir. Onlar əsərini oxumadıqları, özünü ilk dəfə gördükləri bir qələm sahibini elə mehriban, elə hərarətlə qarşılayıb, Azərbaycan torpağı, Azərbaycan ədəbiyyatı şərəfinə elə xoş sözlər dedilər ki... Bunlar bizim respublikaya turist kimi gəlmiş adi kolxozçular, müxtəlif tikinti-quruculuq mütəxəssisləri, Azərbaycanda vaxtı ilə hərbi qulluqda olmuş zabitlər, ədəbiyyat müəllimləri, kənd təsərrüfatı işçiləri - başqırdlar, tatarlar, ruslar, ukraynalılar, çuvaşlar, ümumiyyətlə yeddi millətin nümayəndəsi...
General Şaymuradov Böyük Vətən Müharibəsi illərində atlı diviziya komandiri olmuşdur. Onun döyüş taleyi Həzi Aslanova çox oxşayır. Hər ikisi general. Hər ikisi neçə döyüşdən qalib çıxmış qəhrəman. Hər ikisinin döyüş yolu Berlinə çatdı, özləri yox...
İndi General Şaymuradovun adı öz doğma kəndinin də daxil olduğu beynəlmiləl kolxozda yaşayır; böyüyən yeni nəsli yüksək vətəndaşlıq duyğularına səsləyir.
Yuxarıda dediyim kimi, bu hörmət-məhəbbət şüasından gözlərim qamaşdı, “cavab nitqini”  gec də olsa (bir qədər “uzaqdan” həmin günlərə baxdıqdan sonra), məktub şəklində kolxozun sədri Rifkat Əlimqafarova göndərirəm.


 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws