|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
ALDADA  BİLİRƏM  ÖZÜMÜ  HƏRDƏN

Aldada bilirəm özümü hərdən,
Özümə xoş gəlir bu qəbahətim.
... Dönəcək gəncliyim uzaq səfərdən,
Dönəcək yanında ilk məhəbbətim.

Yüyən gəmirəcək cavanlıq atım,
Subay gündəliyim hələ ki ağdır!
Zaman saçlarımdan ağ zarafatı
Utana-utana aparacaqdır.

Nə zaman tikildi bu tərs dəyirman?
Bir nəsil sözünü nə tez danışdı?
“Bu da bir zarafat” -- deyən Nəriman
Dünən nişanına çağırmamışdı?..

İnana bilmirəm: ölüm haqq ola,
Torpaq rəssam uda, bəstəkar uda! --
Ana dəfn oluna, gözəl qocala...
Bəlkə bir səhnədir,
            əsərdir bu da...

Deyirəm: dost olum bu mərd düşmənə,
Bu yazıq ölüm də qonaqdı yəqin.
Qəfil büdrəmələr, qəfil düşmələr
Həyatda ötəri sınaqdı yəqin.
Sözün dərgahına dərd yaxın düşə!
İnansam, qələmin bağrı çatlayar.
Nizami göz yumub, köçdü günəşə,
Mənə də bir qarış yer saxlatdırar...

Deyirəm dahilik hayım-harayım
Üfüqdən boylanır... Bu nədir hələ --
Günəşdən ayrıca bir işıq payı
Mənim ünvanıma yol gəlir hələ.

Üzümə dəyməyir ana nəfəsi,
Nə bərk yuxudayam, nə bərk yuxuda...
Qızlarım -- taleyin ulduz töhfəsi,
Oğul da görəydim gərək yuxuda.

Dünya qulaq asır sözün səsinə,
Dilimin ucunda ilan durubdu!
Nə büksəm həqiqət qiyafəsinə
Keşikdə yaraqlı inam durubdu.

Məni mən olanlar
                  tez duyub anlar,
Dünyada nə qədər yalançı vardır!
Bəlkə də özünü aldatmayanlar
Dünyada ən böyük yalançılardır.

Dekabr, 1973

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws