* **
Bütün vəznlərə sığdım: Sərbəst vəznlərə, Hecalı vəznlərə, İkili-haçalı vəznlərə. Qəlibi məlum: Qapılı-bacalı vəznlərə. Dostluq vəzninə sığdım; Yükün ağır tayına girdim: Barıt çəlləyini oddan, Duz tayını çaydan keçirdim. Bir sevgi vəznində çaşdım. Sevməyə qaçırkən, Sevilməkdən qaçdım...
1973
|
|