|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
DÜRNALARI DÖNMƏZ OLDU

Boz qayalar çapıqlandı, qaraldı;
Durnaları dönməz oldu dağların.
Ada göllər çamırlandı, qaraldı,
Durnaları dönməz oldu dağların.

Azad durna yol istədi, yol bölük,
Tala bölük, çala bölük, göl bölük.
Göylüyünü necə saxlar bu göylük,
Durnaları dönməz oldu dağların.

İki cavan bulaqda söz bağladı,
Durnaların yoluna göz bağladı.
Saxsı sənək göyərdi, buz bağladı,
Durnaları dönməz oldu dağların.

Əyriliyə əyilməyən Əyriqar,
Yağdı sənə ayrı yağış, ayrı qar.
Qoşadağa qoşa güllə qoydular;
Durnaları dönməz oldu dağların.

O Vaqifdi - odasına od düşən,
O Zakirdi - sədasına od düşən,
O Arazdı - səmasına od düşən,
Durnaları dönməz oldu dağların...

İyul, 1981

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws