|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
SUAL

Günəş hər gün yelində,
Ulduzlar öz yerində
Sualım at belində:
Mən nəyəm, mən nəçiyəm?

Günəş yanar - yandırar,
Nə yandırmaz, nə yanmaz.
Səhər bir an gecikməz,
Axşam bir an dayanmaz.

"Yer mənim, göy mənimdi"
- Desəm, vallah, yalandı;
Nə göyə əlim çatan,
Nə yer mənim olandı.

Üfüqdə üfüq boyda
Od qalamaq istərəm.
Bu dünyadan nə getmək,
Nə də qalmaq istərəm,
Mən nəyəm, mən nəçiyəm?

Hər əməli insanın
Tərəzidə çəkilir.
Düzlüyü də çəkilir,
Qərəzi də çəkilir.
Mən nəyəm, mən nəçiyəm?
Bir misqalı yüz bölən
Ərkim olsa birinə.
Bəlkə adım oxuna,
Bəlkə yerim bilinə.
Mən nəyəm, mən nəçiyəm?

Yerim yoxsa bu yerdə,
Yer hədiyyə ummaram.
Nə ümmanda damlayam,
Nə damlada ümmanam,
Mən nəyəm, mən nəçiyəm?

Kölgəsi yox günəşin,
Bəlkə elə kölgə mən.
Nəsimi harayından
Əks-səda bəlkə mən...

Neçə ağlın başına,
Daş fırlatdı bu təkər.
İt səsinə söz deyib,
Sözü itə tökdülər.

Bu nə durğun hərəkət,
Nə görünməz axmadı.
Hər baxan anlamadı,
Hər anlayan baxmadı.

Mən qamqalaq dalınca
Gedənlərdən deyiləm.
Mən səhrada yolunu
Azan nər də deyiləm.

Necə axır qoy axsın,
Bulanmasın sularım,
Araz boyu yazılsın
Mənim bu göy şüarım.

Məni ayıltsa, bəlkə
Ayıltdı bu sualım:
Mən nəyəm, mən nəçiyəm?..

Pitsunda, sentyabr, 1981

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws