DAĞ QOPDU YERİNDƏN...
Dağ uçdu - uçunma, vaysınma hədər, Qopanı saxlamaz nə güc, nə qılıq. Çox dağı yerindən oynatdıq, hələ Bir daşı yerinə qaytarmamışıq.
Bir qaya bir zaman dağımış, Allah! Səbir kürəsində əridib zaman. Görən nə olacaq bu uçuq qala? Görən nə qalacaq daşboydalardan?..
Pitsunda, sentyabr, 1981
|
|