|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 

Qəşəm    İLQAR
                                                                      
“ÖMÜR  KARVANI” YOLDADIR...

Almaniyanın mütəfəkkir şairi Jan Pol Rixter lirikaya yüksək qiymət verərək demişdir: “Rübabilik hər cür ədəbiyyatın ruhu və canıdır, dövr edən qanıdır...”  İstedadlı şair Məmməd İbrahimin şerlərini diqqətlə oxuduqdan sonra belə qərara gəldik ki, o da sözün əsil mənasında məhz bu cür – rübabi şairdir. Məmməd bizi bütün şerlərində həyatı duymağa, sevməyə, düşünməyə, sədaqətə səsləyir.
M. İbrahim hələ 1959-cu ildə çap etdirdiyi “Sevgi nəğməsi” adlı ilk kitabı ilə oxucuların məhəbbətini qazana bilmişdir. Bunun ardınca “Üç oğul anası”, “Mən səni taparam”, “Araz axır”, “ Anamdan yadigar nəğmələr” və s. kitabları onun şer-sənət yolunda inamla addımladığını sübut etdi...
İndi isə budur, şairin yeni – “Ömür karvanı” kitabı qarşımızdadır. Başqa  kitablarında olduğu kimi, burada da M. İbrahim sözü qənaətlə işlədir, hər şerdə yeni söz, yeni fikir deməyə çalışır və buna nail olur.
Məmməd İbrahim şeri-sənəti dərin məhəbbətlə sevən, yaradıcılığa tələbkarlıqla yanaşan, bir sözlə, zəhmətkeş şairlərimizdəndir. Bu nöqtəyi-nəzərdən şairin “Poeziya, poeziya...” şeri xüsusilə diqqətə layiqdir. Görün şair poeziyaya necə məna verir:
                         Poeziya,
                                poeziya!
                        Ürəyin yarpaq dilisən,
                        Bənövşə nisgilisən,
                        Bəşərin ən böyük
                        İttiham kürsüsüsən.
                        Ən iti intiqam qılıncı,
                        Ən incə gözəllik güzgüsü!
Məmmədin şerlərində xüsusi həzinlik vardır. Bu da ondan irəli gəlir ki, Məmməd təbiətə bağlı şairdir. Çox vaxt başqalarının duya bilmədiyini şair qəlbi ilə duyandır. Məmməd şerlərindən birində bunu belə etiraf edir:
                         Sev ürək, duy ürək, ağla, gül ürək,
                         Şairin gözü də ürəkdir bəzən.
                         Ulduzlar göz olsun, nəyimə gərək
                         Dünyanı ürəklə görə bilməsəm.
Kitabdakı “Araz yadıma düşüb”, “Şair ömrü”, “Necə unudum səni”, “Qəbristana gedən gəlin”, “Əlvida dağlar”, “Yaxşılıq”, “İnsan monoloqu”, “Nobel mükafatı” və s. şerlər də istedadlı şair qələminin, ilhamının məhsuludur.
Biz oxucular “Ömür karvanı”na  uğurlu yol arzulayırıq. Qoy o, bütün ürəklərə yol tapsın...
                                                                                
1969
 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws