QOŞ MƏNİ DAĞ KÜLƏYİNƏ
Tanrım, məni məndən qopar, Qoş məni dağ küləyinə. Dağların bəyaz qarından Rəng alan ağ küləyinə.
Öz nəğməsi daşın, qumun... Nəyim qalır, nə də umum... Söykənim doğma yurdumun Xəfif, yumşaq küləyinə.
Nə vaxt qəmim dəm olacaq, Onda qəmim kəm olacaq. Heyif ömrüm yem olacaq Əsrin sarsaq küləyinə.
Tanrım, məni məndən qopar, Qoş məni dağ küləyinə...
15 noyabr 1992
|
|