|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
XOŞ GÖRDÜK, TƏBİƏT!

Günlərcə, aylarca, illərcə, əsrlərcə bir-biri ilə üz-üzə gələn, «hal-əhval tutan» Təbiət və İnsan! Təbiət və insan münasibətlərig Təbiətə balta çalan namərd insan və üzü dönmüş Təbiət!
Xeyli vaxtdır Almaniya Federativ Respublikasında meşə xəstəliyi ağacları siqaret kimi sümürüb atır: bir dərdin diaqnozu qoyulduqca başqa bir dərd peyda olurg Qorki şəhəri yaxınlığında Arzamas dəmiryol qəzasının fəsadları  köhnəlməmiş başqa bir qəza hirsini-qəzəbini günahsız  insanların üstünə tökdü. Çernovsi faciəsini götürək. Kim zəmanət verə bilər ki, bu hadisə ittifaqın bu və ya digər regionunda, elə Xəzər sahilində, Gəncədə, Sumqayıtda təkrar olunmayacaq, özü də daha ciddi və ağır şəkildə. Bunlar heç nəyin deyil, təbiətə gizli-aşkar müdaxilənin nəticəsidir.
Təbiətə elə iti, elə zəhərli ox və nizələr tuşlanıb ki, onun ayrı əlacı yoxdur, qıcıqlanmış pələng kimi düşməni – insanı didib parçalamağa hazır vəziyyətdədir.
Bütün bu və buna bənzər məsələlər  Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin «Təbiəti mühafizə işini kökündən yenidən qurmaq haqqında» adlı məlum qərarında şərh edilir, bunların həllinin konkret yolları göstərilir. Nazirliklər, idarə və müəssisə rəhbərləri, ağıllı düşünən hər kəs həmin qərara əsaslanıb öz zavodunda, öz şəhərində, öz rayonunda, «öz təbiətində», «öz atmosferində» çox iş görə bilər  və görməlidir. Təbii ki, bu məsələ və problemlər çoxşaxəlidir; odur ki, bu işə münasibət də təbiətin özü kimi ahəngdar, əhatəli, həm də konkret xarakter daşımalıdır.
– «Nə vaxta  qədər davam edəcək?» Təbiətə belə  münasibət şəraitində, görünür, bu xəmir hələ çox su aparacaqg
Nə vaxta qədər bütün xalq, bütün düşüncəli, bütün təpərli kütlə, hər bir şəxs özü-özündən  hesabat tələb eləməyib, «mənim vəzifəm  nədir?» sualını qulağından sırğa kimi asmayıb, hər  xeyirxah adam qonşuluqdakı ziyankarın yaxasından yapışıb «aşının suyunu verməyib», bu xəmir hələ çox su aparacaq. «Təbiət məndən başlanır» – indi  məsələ bu şəkildə qoyulmalıdır.
Azərbaycan  dilində «qorumaq» və «qorunmaq» sözü var. Təbiətə, ümumən, ətrafa münasibətdə  bir yol mövcuddur! İkinci, üçüncü yol yoxdur; əgər qoruyursansa, demək, qorunursan. Elə mücərrəd şəkildə günahı bu onun, o bunun üstünə ötürməklə iş düzəlmir. İndi elə bir vəziyyət alınıb ki, insan öz günahını boynuna götürüb geri çəkilməlidir. O mənada çəkilməlidir ki, özü-özünə əmr verməklə  «daha bıçaq iliyə dayanıb» sözünü hər yerdə  şüar eləyə bilsin. İnsanda üz olmalıdır ki, qədəm qoyduğumuz bu yeni ildə desin: «Xoş gördük, təbiət!» və təbiətdən səmimi cavab ala bilsin. «Xoş gördük, insan!».
Təbiət insanın keşiyində həmişə oyaq olan, məqamında dayaq olan çox etibarlı dostdur. Bir pay verdin, min pay qaytaracaq. Çayını, bulağını, meşəsini, havasını maddi və  mənəvi nemət kimi süfrənə töküb «nuş olsun» - deyəcək.
Elə ki ona xəyanət elədin, hardasa, hansı məqamdasa gözünün içinə qırmızıca deyəcək: əlvida, insan!
Təbiətə vurulan ziyan bəzən yarpaq altında gizlənən qurdlar kimidir, elə tezcənə gözə dəymir. Çox zaman bu, ağır xəstəliyin bədəndə zoğ atmasını xatırladır. Bir zaman gözünü açıb görürsən ki, ağacı qurd içindən yeyib, adicə «üfürməyə» bənddir ki, nəhəng palıd ağacı yerə sərilsin.
İndi məlum olur ki, Sumqayıtda tikilən «şöhrətli» zavodların çoxu insan sağlamlığını məhv edən gəlirlər üçünmüş. Təkcə dərdimiz zavod zəhərinə qarşı  mübarizə olsaydı nə vardı onda! Bu ekoloji mühit sözünü dərk edənlər bilirlər ki, meşə çaysız, çay dənizsiz, atmosfer təbəqəsi işıqsız, işıq torpaqsız, nəhayət, bunlar hamısı insan fəaliyyətindən ayrı deyil. Bunların arasında bir vəhdət, birgəlik var. Bu mövcudluq insandan, insanın «necə  istəyirəm, elə də at çaparam» inadından böyükdür, daha  qüvvətli, daha ötkəm inada malikdir. Başqa sözlə, əgər bir çay, göl və ya gölməçə qəfildən «rəngini»  itiribsə, demək, burada bioloji zəncirin bir neçə halqası  qırılıb. Nəticə səbəbdə, səbəb isə nəticədə nəyisə düyün salıb.
Bütün ağlı-qaralı, sarılı-qırmızılı insan övladı təbiətdə doğulur, təbiətdə gözlərini yumur. Təbiət bütün cəmiyyətlərə irqindən, milliyyətindən, siyasi və dini əqidəsindən asılı olmayaraq, eyni dərəcədə qılıq göstərir, eyni dərəcədə əl verir: bunlar məlum doğrulardır. Burada böyük təhlilə, fakt ələyib ortalığa tökməyə lüzum yoxdur.
Təbiət alayarımçığı, qam-qalaq dalınca qaçmağı sevmir. Ona bütöv münasibət, bütöv sevgi, bütöv qurbanlıq gərəkdir. Hamının eyni güclə, eyni səmtə yön tutması, eyni biləkdən yapışıb onun meşəsinə, qoruğuna, çayına, bulağına, təbiət abidələrinə xəyanət əli uzadanların eyni  nifrətlə gürşad dilində, şimşək dilində, gecə-gündüz  dilində damğalanması gərəkdir.
Xalqımızın belə bir müdrik nəsihəti var: «Dalaşanda barışmağa üz saxla». Gərək üzün ola ki deyəsən:
- Xoş gördük, təbiət!
- Xoş gördük, insanlar!
Təbiət sizi dinc yanaşı yaşamaq birliyinə çağırır!

noyabr, 1987

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws