|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
DOLAN ÜRƏK BOŞALMALIDIR

Aydın Həsənovun şairlə müsahibəsi

1987-ci il üçün Azərbaycan SSR Dövlət Mükafatına layiq görülənlər arasında sevimli şairimiz Məmməd Araz da vardır. Onun bu mükafatı almasına hamı ürəkdən inanırdı və nəhayət, çoxminli oxucuların gözlədikləri gün gəlib çatdı. Professor Qulu Xəlilovun  dediyi kimi, Məmməd Araza «ana  südü kimi halal olan» mükafat  layiqli övladında ünvanlaşdı.

- Siz V.İ.Lenin adına APİ-nin coğrafiya fakültəsini bitirmisiniz. Necə oldu ki, bu peşəni seçdiniz?

- Orta məktəbdə ədəbiyyata böyük həvəsim var idi. İnşa yazmağı çox sevirdim. O vaxtlar indiki kimi şparqalka yox idi. Hələ bir fikir verin, heç şparqalka sözü əməlli-başlı adamın dilinə də yatmır.  Bizdə olmadığından söz də dilimizdə olmayıb. Müəllim şagirdin əlində şparqalka tutsaydı, o dəqiqə sinifdən çıxarardı. Təəssüf ki, indi bəzi müəllimlər özləri buna şərait yaradırlar. Belə olanda  şübhəsiz ki, savadlı şagirddən danışmaq çətindir. İndi bizim dünya miqyasına  çıxan alimlərimizə daha çox ehtiyacımız var. Şagird təfəkkürünü  inkişaf etdirmədən bu mümkün deyil.
İnstituta gələndə ədəbiyyat fakültəsinə gecikmişdim. Sənədlərimi coğrafiya fakültəsinə verdim, qəbul oldum. Tezliklə peşman oldum ki, nahaq yerə coğrafiya fakültəsinə getdim. Bura mənim yerim deyil. Daha mən şair ola bilməyəcəm. Gərək ədəbiyyat fakültəsində oxuyam ki, «böyük şair olam!»

Elə hey fikirləşirdim ki , buradan çıxıb ədəbiyyat fakültəsinə gedim. Sonralar məlum oldu ki, ədəbiyyat fakültəsində oxumasan da şair olmaq olar.
Doğulduğum Nurs kəndində bir il coğrafiya müəllimi işlədim. O vaxt müəllim yoldaşlarım gileylənirdilər ki, şagirdlər onların  dərsində  coğrafiyanı oxuyurlar.  Az vaxtda belə qərara gəldim ki,  müəllimin bir müvəffəqiyyəti də onun sərbəstliyindən asılıdır. Burada heç bir sərhədə lüzum görmürəm. Müəllim istədiyi vaxt şagirdlərini öyrətməlidir.
İki il ADU-nun jurnalistika fakültəsində oxumuşam.  1959-cu ildən  Moskvada ali ədəbiyyat  kurslarında təhsil almışam. Mən indi oranı təhsilin zirvəsi hesab edirəm. Çünki o zirvədən baxanda hər şey əl içi kimi görünürdü...

- Sizin dillər əzbəri olan şerləriniz var. Bunların necə yarandığı maraqlıdır.

- Bir oxucunun xahişi ilə şerlərimin yaranma tarixini yazıram. Çox maraqlı  işdir, görək.

- Şerlərinizdən biri belə başlayır: «Vətən mənə oğul desəg». Sizcə, Vətən kimə oğul deməlidir?

- Yaxşı oğul qurar, yaradar, xalqın qeyrətini çəkər. Qeyrətin bir ölçüsü, həm də böyük bir ölçüsü doğulduğun torpağı sevmək, bu torpağı göz bəbəyi kimi qorumaqdır. Əsl oğul hər addımını yalnız və yalnız xalqının xeyri üçün  atar. Vətənin taleyini düşünər. Vətən də qayıdıb belələrinə oğul deyər.
Bir də var, yalançı vətənpərvərlik. Beləsi oğul deyil. Məncə, heç övlad da deyil, Vətənə yükdür. Hər övlad da axı, oğulluq edə bilmir Vətənə!

- Məmməd müəllim, indi hər işə  aşkarlığın tələblərindən  yanaşılır. Biz həm də  durğunluq illərini yaşamışıq axıg

- Mən ədəbiyyata asan yolla gəlməmişəm. Çətinliklərim lap başdan aşıb. Günahsız yerə incidilmişəm, cəzalandırılmışam. Gördüyünüz kimi, bu da mənə baha tamam olubg Haqsızlıqdan dəhşətli heç nə yoxdur. Bu haqsızlıq  məni üç ay gecə-gündüzümdən eləyib. Amma inamımı itirməmişəm heç vaxt.

- Səhhətiniz yaradıcılığınıza mane olurmu?

- Yazmazdan əvvəl dərman içirəm. Misralar beynimdən keçir və gərək onu kağıza köçürəm. Lakin əlimin gücü çatmır. Ancaq nə etməli? Dolan ürək boşalmalıdır.

- Yaradıcılığınızdan ata ocağı, onun əzəməti, böyüklüyü əlvan rəngli bir xətt kimi keçir.

- Ata ocağı sülhün mərkəzidir. Əmin-amanlıqdır. Ata ocağından mənən heç vaxt getmək olmaz. Bu, mümkün deyil. Ancaq ata ocağından gedəndə onun  odunu  həm əlində, həm də ürəyində aparırsan, ömrün boyu ondan ilham alırsan, yaşayırsan. Həm də doğulduğun torpaq can dərmanıdır. Harda olsan bir üzün ona tərəfdir. Bu torpağın qədrini bilməsən, böyük günah edərsən, sonra da əzablara mübtəla olarsang Kəndimizdə yaşayış evi tikdirirəm, ancaq başa gəlmir ki, gəlmirg

- Hamını narahat edən problemə toxundunuz. Biz hamımız təbiətin qorunmasında fəal iştirak etməliyik. Bu işə başlanılıb. Elə bil ki, yuxudaydıq, ayılmışıq. Lakin  həmin sahədə aparılan işlər  hələ heç kimi təmin etmir. «Azərbaycan təbiəti» jurnalının baş  redaktoru kimi bu barədə Sizin fikriniz maraqlı olar.

- Jurnal öz sözünü deyib, deyəcək də. Lakin bu problemlərdən eləsi var ki, təcili həll olunmalıdır. Sabah gec olar.  
Xəzərin sahili ölüb. Bakı buxtası da. Xəzərin indi Aralın gününə düşmək qorxusu var. Onu tezliklə bəladan qurtarmaq lazımdır.
Torpaqlarımız su həsrəti ilə duzlaşır, onları gözümüz baxa-baxa itiririk. Məgər buna bizim haqqımız var?! Varsa, kim verib bu haqqı?!
Kür çayı elə çirkli axır ki, onun da faciəsi  başlayıb, Araz da beləcə.

- Yaradıcılıq planlarınız?

- «Təsdiq olunmuş» elə bir planım yoxdur. Ürəyim deyəni yazıram!

- Müsahibə üçün çox sağ olun.

                                                       iyun, 1988

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws