|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
«SONUNCU QORUMLA OD QALAMIŞAM»

Qardaşxan Əzizxanlının şairlə müsahibəsi

İndi yazmaq da əsəbləşdirir onu, yazmamaq da. Şer qəlbində qovrulur, qıvrılır, qələmində qırılıb qalır; yazının əvvəlinə başlayır, birinci sözü oxuna biləcək dərəcədə yaza bilir, sonrakı sözlərdə əli titrəyir, xətti  qarışırg Qəlbində qaynayan kəlmələr dodaqlarında buxarlanıb eşidilməz olur çox vaxt. Arada bir neçə saatlığa əllərinin əsməsi dayanır, atdığı addımlarına özü də sevinir.
Beyninin impuls vermə qabiliyyətinin pozulmasından doğan xəstəlik iyirmi beş ildir ki, şairin can yoldaşıdır. Ağır mərəzin yaranma səbəbini özündən soruşanda: «Bu söhbəti, sadəcə, dəfn eləmişəm», - deyir Məmməd Araz.

- Necə oldu ki, şer yazdınız?

- 9-cu sinifdə oxuyanda Səməd Vurğunun «Dilican dərəsi» şeri əlimə keçdi. Şerin birinci misrası məni tutdu: «Yenə gördüm səni Dilican dərəsig» İlk dəfə onda əlimə qələm aldım.

- Ədəbiyyata olan meyliniz coğrafiya fakültəsində oxumağınıza mane olmayıbg

- İsmayıl Şıxlının institutumuzdakı ədəbiyyat dərnəyi köməyimə çatdı. Ədəbi  nəslimiz çox dərsini oradan aldı. Sonra Moskvada iki illik Ali ədəbiyyat kursunda oxudum.

- «Anadan, bacıdan gizlətdiyimi Qələmdən, kağızdan gizlətməmişəm», deyən Məmməd Arazın ən çox ürəyini qızdırdığı şeri hansıdır?

- Bəlkə də «Sahibsiz qəbirlər»,  «Üstümə qayıdan yazılarım»  şerlərig Yox. Ən çox «Qəbiristana gedən gəlin» şeri.

- Bəs sevdiyiniz şer kitabınız?

- Nisbətən «Anamdan yadigar nəğmələr» adlı kitabım.

- Sözləriniz var ki, xalq mahnısı kimi oxunur. «Bəlkə bu yerlərə bir də gəlmədim, Duman, salamat qal, dağ, salamat qal», «O qızı  görəndə bulaq başında, Qəlbimdə kükrəyən bulağı gördüm», «Səndən mənə bir ömürlük xatirə, Məndən sənə nə qalacaq, nə bilim?» misraları ilə başlanan  şerləriniz və s. Neçə-neçə misranız aforizmlər kimi hallanır: «Düz sözdür dünyada hər şeydən baha», «Axır səni düzdə qoydu bu düzlük», «Namərddə də mərd zərrəcik», «Ayılıb gördük ki, gec ayılmışıq», «Özündən gəlməyən özündən qaçır»,  «Əbədiyə qəh-qəh çəkər əbədi dünyag» Çox yerlərdə misralarınız müdrik kəlamlarla yanaşı yazılıb:

Azərbaycan deyiləndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər.

Yaxud:

Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim.

Və yaxud da:

Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı.., «Məndən ötdü, qardaşıma dəydi», «Duman ömrü», «Professor Gülə məktub», «Nobel mükafatı», «Ayağa dur, Azərbaycan!» kimi onlarla şeriniz gənclərimizin milli şüurunun oyanmasında əvəzsiz rol oynayıb.
Rus şairi Aleksandr Blokun  gözəl bir sözü var: Şairə hər şeyi bağışlamaq olar, zamanın ruhunu təhrifdən başqa. Maksim Qorki də deyib ki, böyük adlandırılan ədəbiyyat  heç vaxt ictimai hadisələri mədh etməyib.

- Mən qələmim «söz kəsəndən» demişəm:

Ürəyimsiz kəlmə yazan deyiləm,
Nə qədər ki, öz əlimdi yazanım.

Mübaliğəni qəbul edirəm, yalanı yox. İnsanların bir-birinin üzünə baxıb göz görə-görə yalan danışmasından dəhşətə gəlirəm.
Ancaq mən dünyanı işıqlı görürəm, daha doğrusu, qaranlıq görmək istəmirəm.

- «Bütün vəznlərə sığdımg Bir sevgi vəznində çaşdım» - deyirsiniz. Niyə?

- «Sevməyə qaçarkən, sevilməkdən qaçdım», - ona görə.

- Elmdə bir kəşf də sahibinə şöhrət qazandırır. Söz sənətində isə şair bundan ötrü çoxlu bədii kəşflər etməlidir. İstedadlar hansı işdə olursa-olsunlar, yenilikçidirlər. Sənətdə  də fərqli üslub, təzə ab-hava istedada xas əlamətdir. Siz də hələ altmışıncı illərdə «Anamdan yadigar nəğmələr» kitabı ilə göstərdiniz ki, sözü belə də  demək olar, şeri bu cür də yazmaq olarg
«İstedad» adlı şerinizdə onun qədrini bilməyə çağırmısınız: «Bir  onu ona qəfil daş atandan qoruyun, bir də qoltuqlar altda yaşadandan qoruyung»

- Əsl sənətkar ömrü yüksələn xətt üzrə getməli, Nəsimi, Bayron, Puşkin ömrü kimi ölümü ən yüksək yaradıcılıq zirvəsi olmalıdır. Mən neyləmişəm vətəni sevmək naminə, ucaltmaq naminə eləmişəmg

- Həqiqət o deyil ki, isbata ehtiyacı olsun. Həqiqət sadəlikdir. Zəngin həyat həqiqətlərini poetik  sadəliklə verməyinizə dair çoxlu sayda misal çəkmək olar: «Kiminsə  taleyi quzu taleyi,  kiminsə dalınca uşaq ağladı» («Quzu»), «Birinə məhəbbət, ürək lazımdır, birinə bir parça çörək lazımdır» («İki tale»), «Görünür qoluna girən çox olub, qolundan yapışan heç olmayıbdır» («Ona»),   «Müti məhəbbətlər oyuncaq olub, həlim təbiətlər oyuncaq olub» («Sənin istəyin») və başqaları.
Müsahibələrinizin birində «Ən çox sevdiyin şair?» sualına cavab olaraq Nizaminin adını çəkmisiniz. «Yerlər» adlı şerdə də birinci yeri «Gəncəli müdrikə» vermisiniz:

Əgər ad sırası gəzsək həyatda,
Əgər yer davası düşsə şerdə,
Alqışlar altında Nizami ata,
Keçib oturacaq birinci yerdə.

Ancaq:

Gülüm, əgər görüşünə yubansam,
Adımı tut, harda dağlar dumansa.
Gözünü sıx, hansı daşda su yansa
O daş altda Məmməd Araz yaşayır, -

deyən şairi Füzuli kədərinin varisi adlandırmaq da olar. «Xətainin qılıncını suvardım, Məmməd Araz karandaşı göyərdi» misraları da sizindir. «Ömründə ayağı yerə dəyməyən yer gəzir yer qura, yerlibaz ola. Biz niyə bu günə düşdük, ay dədə!», «Bir süfrə başında iki sözümüz bir ola bilmirsə, ta nəyik belə?», «Ya Rəbbim, xəlbirlə lovğa, «mən»ləri, ələyib sovur da bölünənləri», nəhayət,  «Səndən ayrı biz hər şeyi bölə billik» - deyə, şair şahın qılıncla gördüyü işin kiçik bir hissəsini qələmlə həll etməyə  nail oldunuzmu?

- Bilmirəm. Bir onu bilirəm ki, mən bu gün artıq «Sonuncu qorumla od qalamışamg»

                                                           1999

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws