ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT” QƏZETİNİN 2 MART TARİXLİ NÖMRƏSİNDƏ DƏRC EDİLƏN “QƏRİBƏ MÜLAHİZƏLƏR” MƏQALƏSİNİ OXUDUQDAN SONRA BELƏ BİR QƏNAƏTƏ GƏLİRSƏN Ki, BU SƏTİRLƏR QAYĞIDAN, İNSANA HÖRMƏTDƏN DAHA ÇOX FƏRDİYYƏTÇİLİK VƏ QEYRİ-ADİ BÖHTANLARDAN İBARƏTDİR.
Ədəbiyyat və incəsənət” qəzetinin 2 mart tarixli nömrəsində dərc edilən “Qəribə mülahizələr” məqaləsini oxuduqdan sonra belə bir qənaətə gəlirsən ki, bu sətirlər qayğıdan, insana hörmətdən daha çox fərdiyyətçilik və qeyri-adi böhtanlardan ibarətdir.
Bu, qarşıdakı sənətkara əvvəlcədən mənfi münasibət bəsləməyin qəti məhsuludur.
Tənqidçi düşünməlidir ki, həqiqət hər şeydən irəlidir. Ədəbiyyatı şəxsiqərəzliyə verib, tənqidlə bəzəmək və obrazların xaraktesristikasını, nə də tənqidçi təfəkkürünün ideya saflığını açmır, həyatdan doğulan şerlərin özülü, əsası xalqdır. Xalqdan yazılan şerlərdəki obrazları tənqidçi ədalətli xarakteristika etməyib, uydurma fərziyyələr donu geydirdikdə, oxucu onun özünə xas olmayan xarici təsir qüvvəsini hiss edir, sonra onun yalançı ideyalarına və karyera qazanmaq xatirinə ədəbiyyatdan bərk-bərk yapışmasına gülür. Düşünürsən, necə olur ki, məqalə müəllifi şair Məmməd İbrahimin “Bir ömrün qonaqları”, “Tərifdən qorxuram”, “Səməd Vurğunla söhbət” və “Şair vüqarı” şerlərindən uzun-uzadı söhbətlər açıb lüzumsuz , bayağı qeydlər etdiyi halda, xoşuna gələn “İnsan ürəyi”, “Babamın səsi”, “Uçqun”, “Gecə düşüncəsi”, “Professor Gülə məktub”, “Mənim Naxçıvanım” kimi şerlərinin sadəcə olaraq adını çəkir, bir kəlmə də olsa şerlərdən söhbət açmır. Xoşuna gələn yerləri, özünün dediyi kimi “poetik ifadələr”ini açıb göstərmir. Görünür qarşısında açıq-aşkar bir hədəf duyur, o da mütləq tənqid hədəfi. Elə buradaca hiss edirsən ki, tənqidçi özü-özünə zidd getməklə bərabər, məntiqsiz çıxış edir, özünün subyektiv fikirləri ilə yaşamamışdır