|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
QARDAŞXAN

YANILTMAYIN    ŞAİRİ!..

            “Qurd ola bilmədik...
            qoyun yaşayaq?..”.
... Elə yaşayırdıq da, daha “A-zad-lıq!” deyə o boyda Meydan hərəkatı nəyə lazım idi ki?!
“Töküb namusunu it qabağına, Düşmən qabağından qaçan kişilər” olacaqdısa, daha “Qa-ra-bağ!” deyə  niyə Meydanı gecə-gündüz başımıza götürmüşdük.
            Mənim sərhədimdən dalğası keçən
            Yaman fikirləri daş edə bilim.
            Namərd qılıncının qabağında mən
            Qara kötükləri baş edə bilim, -
dedi şair. Daha namərd qılıncının qabağında başların da qara kötüyə dönməsini deməmişdi.
Meydançılar! “Mik-ra-fon!”  sizindir, deyin sözünüzü!
Dövlət quruculuğu ilimiz dövlət xarabalığı ilinə dönür... Dövlət qurmağa, qələbə çalmağa “gücümüz yoxdur!” – bəs MİLLƏT olmağa necə?
Hakimiyyəti ildə bir dəfə dəyişə bilərik... Bəs milləti necə, onu ki, dəyişə bilmərik!
            Ata millət, ana millət, ağlama,
            Qorxuram ki, sına millət, ağlama!

            “... Ağlama, qorxuram  göz yaşlarından...”

            “Ağladıqca kişi qeyrətsiz olur” (Sabir).
“Arxalı köpək qurd basar” – düşmənə işarə ilə deyib arxa axtarırıq...
Arxamız – Vətən!
            Vətən mənə oğul desə, nə dərdim,
            Mamır olub qayasında bitərdim.
            Bu torpaqda harda, nə vaxt, nə dərdim,
            Xəzanımdı, xəzanımdı, xəzanım.

            Arxamız, - doğma yurd, doğma od-ocaq!
            Babandan qalıbdır bu ocaq bizə.
            Bir ocaq sönəndə bir tifaq itir.
            Bir ocaq söngüsü qeyrətimizə
            Bir düşmən nəslinin qəhqəsidir.
Arxamız – doğma torpaq!
            Ömrü boyu bu torpaqdı söykənək yerim,
            Hər çayı bir qalaktikam, hər gölü səmam.
            Onsuz mənim adım yetim, şöhrətim yetim,
            Bir bulağa gedən yolu xiyaban sannam,
            Bir çəhlimdə tutulacaq dilim, bilirəm,
            Bu ölümü ən şərəfli ölüm bilirəm.

    Arxamız,   “Yönü bəri baxan dağlar!”
            Yönüm sizdən yaman döndü!
            Göy çəmənlər, ağ bulaqlar,
            Siz dönmədiz, dönən döndü!

Arxamız – ana-bacı, qız-gəlin xeyir-duası!
            Gör, Azəri qızı, düşündüm nəyi,
            Sən kişi ömrünün dəyirman pəri,
            Koroğlu Misrinin Nigar dəstəyi,
            Nəbi Aynalının Həcər səngəri.
            Mənim qara şanım, mənim ağ duzum,
            Mənim nar ağacım – Azəri qızı!
Arxamız – Azərbaycan!
            Azərbaycan – mayası nur, qayəsi nur ki,
            Hər daşından alov dilli ox ola bilər.
            “Azərbaycan” deyiləndə ayağa dur ki,
            Ana yurdun ürəyinə toxuna bilər!
“Namusu itə atıblar, it yeməyib”, bizmi yeyən olduq?
            Iki itə para sümük atdılar,
            Qarabaşda, Alabaşda nə günah?
Hakimiyyət davasında torpaqlarını itirənlərə, əmanətə xəyanət edənlərə ünvanlanıb bu misralar. Ayılsın “para sümük”lərə aludələr! Yaxşı-yaxşı düşünsünlər, axı Qarabaş, Alabaş deyillər!
Silah yoxdu, kömək yoxdu, – demə!  Dişinlə, dırnağınla did, öldür düşməni, al silahını. Bu da sənə silah!
Dünyaya göz açdığın, başını ana  dizinə qoyub layla, bayatı dinləyə-dinləyə şirin-şirin yatdığın evin silah! Doğma evindən etibarlı silah-səngərmi gəzirsən? Öz həyət-bacandan, isti ocağından üstün alınmaz qalamı axtarırsan? Gəzsən, axtarsan da taparsanmı?!
Nə böyük səadətdi qeyrət vaxtı bir vaxtlar qoynunda beşiyinin yırğalandığı doğma dam-daşın, dər-divarın məzarın ola!
Evin səngər – evin məzar, ər oğul!
Şairin “Yadlarmı edəcək bu yurda imdad” (B. Vahabzadə) sual dolu nidasını nə tez unutdun? Unutmasaydın, gah cənuba, gah şımala,  boylanmazdın...
            Vətən sevgisində birinci ada,
            Birinci çatmağa pay yetər mənə.
            Burda birincilik vətən yolunda
            Birinci ölməyi öyrədər mənə.
Yerli-yersiz ulu babaları, ağsaqqal ataları günahlandırırıq: bizə Cənublu-Şimallı böyük Azərbaycan, lap qızışanda deyirik ki, bəs Turan qoyub getməliydilər!
Övladlarımıza nə qoyub gedəcəyik? Nə boyda Vətən, Vətən adlana biləcək, neçə hektar torpaq sahəsi?
            Necə deyim: qara torpaq, bağışla məni!
Bağışlamayacaq!  Bağışlamayacaq!!
Ən şərəfli ölüm torpaq uğrunda ölümdür. Əgər torpaqçın ölməyi bacarmırsansa, canını üstündə böyüyüb boya-başa çatdığın torpaqdan şirin bilirsənsə, demək o torpaq kimindisə sənin deyil, sənin onun üstə gəzməyə heç haqqın yoxdur!
            Bircə bu yurdu da qoruya bilməsək!
            Sən kimə gərəksən,
            Mən kimə gərək?!

Yanıltmayaq şairi:

            Amandı, qoruyun bir-birinizi,
            Amandı, qoruyun birliyinizi...   – deyən şairi!
Yanıltmayaq!
            Sənə gələn, səndən ötən
                         nəydi belə.
            Səndən ötüb qardaşına dəydi belə!
            Bununlamı neçə dəfə
            Ata-oğul, qardaş hissi haçalandı,
            Bir şəhərin
            Beş qardaşın xanlığına parçalandı.
            O zamanmı bitdi bizim dilimizin
            “Sənin”, “mənim” qabarı da!
            O zamanmı bitdi bizim dilimizin
            “Haralısan?” damarı da –
deyən şairi.
Yanılmayaq, qürurla!
            Qoy bu günün düşməni də
            At çapmasın harın-harın.
            Torpaq altda gizlətmişik,
            Gur səsini babaların! –
deyən şairi.
Görün nə arzulayıb şaır:
            Axşamdan səhərə yetdiyim kimi
            Əgər min arzumdan birinə yetsəm,
            Əgər Naxçıvana getdiyim kimi
            Ərdəbilə  getsəm, Təbrizə getsəm...
Qoymayaq  İrəvan, Zəngəzur, Göyçə kimi Qarabağ da əbədi çıxsın əldən, əlimizdə olanlar da getsin, çünki, “Ələ gəlməz, əldən gedən!”...
Biganələr selində boğulan şair də nəhayət dilə gəldi: “Mənə biganəlik öyrət, ürəyim!”.
Yanıltmayaq: “Körpülənin, ay Arazlar, Məni qoymayın təklənəm” – deyən şairi.
Qoymayaq Azərbaycan təklənsin!
“Taleyin hökmünü özün imzala”mağa layiq ol, MİLLƏTİM!

1993

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws