|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 

BİOQRAFİYA

 

«Arzularının əlləri uzalı qalan,

 ürəyini dağlara əmanət edən»

şairin qısa bioqrafiyası.

 

14.X.1933-cü il - Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu, Nurs kəndində anadan olmuşdur.

1940-cı il -  Şahbuz rayonunun Nurs kəndinin 1-ci sinfində təhsilə başlamışdır.

1945-ci il – Atası İnfil kişi «xalq düşməni» adı ilə  Sibirə sürgün olunmuşdur.

1949-cu il – Kəndşahbuzda orta məktəbi bitirmişdir.

1950-ci il – APİ-nin coğrafiya fakültəsinə daxil olmuş və eyni zamanda yaradıcılığını da davam etdirmişdir.

1951-ci il – Yazıçı İ.Şıxlının təşkil etdiyi ədəbi dərnəyin məşğələlərində iştirak edir.

1952-ci il – «İnqilab və mədəniyyət» jurnalının may nömrəsində «Yanın işıqlarım» şeri çap olunur. Mətbuatda çap olunmuş bu şerilə ədəbiyyat aləminə qədəm qoymuşdur.

1954-cü il – APİ-ni bitirmiş, təntənəli buraxılış gecəsində məzunlara həsr olunmuş «Ayrılıq» şerini oxumuşdur.

1955-56-cı illər – Şahbuz rayonunun Nurs kəndində müəllim işləmişdir.

1957-ci il – Azərbaycan Nazirlər Soveti yanındakı Baş Mətbuat İdarəsində müvəkkil vəzifəsinə işə qəbul edilmişdir. Həmin il «Üç oğul anası» poemasını çap etdirmişdir.

1957-ci il – Azərbaycan Yazarlar Birliyinin üzvü olmuşdur.

1958-ci il - 8 noyabrda ailə həyatı qurmuşdur.

1959-cu il – «Sevgi nəğməsi» adlı ilk şerlər kitabı «Azərnəşr»də çap olunmuşdur.

1959-cu il -  Moskva SSRİ Yazıçılar İttifaqı nəzdindəki M.Qorki adına ikiillik Ali Ədəbiyyat kursuna daxil olmuşdur.

1961-ci il -  Ali Ədəbiyyat kursunu bitirdikdən sonra «Maarif» nəşriyyatında redaktor işləmişdir.

1961-ci il – «Üç oğul anası» şerlər kitabı çapdan çıxmışdır.

1962-ci il – M.Ə.Sabirə həsr olunmuş «Mən də insan oldum» poeması tamamlanıb dövrü mətbuatda dərc olunmuşdur.

1963-cü il – Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri vəzifəsinə irəli çəkilmişdir.

1963-cü il – «Mən səni taparam» kitabı nəşr edilmişdir.

1964-cü il- «Araz axır» adlı poemalar toplusu çapdan çıxmışdır.

1965-ci il – Dövrü mətbuatda şer  və məqalələri ilə çıxış etmişdir.

1966-cı il – «Anamdan yadigar nəğmələr» adlı kitabı nəşr edilmişdir.

1967-ci il – «Ulduz» jurnalına məsul katib təyin edilmişdir.

1967-ci il – «Ömür karvanı» kitabı «Azərnəşr»də çap olunmuşdur.

1968-ci il -  Məqalə və şerləri ilə dövrü mətbuatda çıxış etmişdir.

1969-cu il – «Gənclik» nəşriyyatında «İllərdən biri» kitabı çapdan çıxmışdır.

1970-ci il – «Ədəbiyyat və incəsənət» qəzetində baş redaktor müavini  vəzifəsində çalışmışdır.

1971-ci il – Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə 1981-ci ilə qədər rəhbərlik etmiş, milli şerin  inkişafına, ədəbi  gəncliyin formalaşmasına səy göstərmişdir. «Yer üzünün Qarabağ düzü», «Qarabağ simfoniyası» məqalələrini çap etdirmişdir.

1972-ci il – «Ədəbiyyat və incəsənət» qəzetində N.Nərimanovun anadan olmasının 100 illiyi ilə ədaqədar hazırlanmış xüsusi nömrədə verilmiş materiallara görə millətçi kimi baş redaktor müavini vəzifəsindən azad edilmişdir.

1973-cü il – «Qanadlı qayalar» kitabı işıq üzü görmüşdür.

1973-cü il – Azərbaycan Dövlət Nəşriyyatı Baş redaktorunun müavini kimi işləmişdir.

1974-cü il – «Gənclik» nəşriyyatında «Atamın kitabı» kitabı çap olunmuşdur.

1974-cü il – Yeni nəşrə başlayan «Azərbaycan təbiəti» jurnalının baş redaktorluğuna irəli çəkilmiş və ömrünün sonuna qədər orada işləmişdir.

1974-cü il – «Həyatın və sözün rəngləri» adlı publisist kitabı nəşr edilir.

1975-ci il – Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif olunmuşdur.

1978-ci il – «Oxucuya məktub» kitabı  «Gənclik» nəşriyyatında çap edilmişdir.

1978-ci il – Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.

1979-cu il – «Aylarım, illərim» adlı kitabı oxucuların ixtiyarına verilmişdir.

1982-ci il – Azərbaycan SSR Fəxri fərmanı ilə təltif olunmuşdur.

1982-ci il – ««Dünya sənin, dünya mənim» şerlər kitabı Azərbaycan SSR Dövlət mükafatına təqdim olunmuş, lakin məlum səbəblərə görə mükafat verilməmişdir.

1983-cü il – «Dünya sənin, dünya mənim» kitabı «Yazıçı» nəşriyyatında nəşr edilmişdir.

1984-cü il – Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.

1986-cı il – «Seçilmiş əsərləri» kitabı «Yazıçı» nəşriyyatında çap olunmuşdur.

1988-ci il – «Azərbaycan» və «Ulduz» jurnallarında çap olunmuş şerlər silsiləsinə görə Azərbaycan Respublikasının Dövlət mükafatını almışdır.

7.XII.91-ci il - Azərbaycan Respublikasının Xalq şairi fəxri adına layiq görülmüşdür.

1991-ci il – Türkiyədə Məhəmməd peyğəmbərin doğum günü münasibətilə keçirilən müsabiqədə «Ya rəbbim, bu dünya sən quran deyil» adlı şerinə görə xüsusi mükafatla təltif olunmuşdur.

1992-ci il – «Daş harayı» kitabı çap olunmuşdur.

1992-ci il – «Dünya düzəlmir» kitabı  oxuculara çatdırılmışdır.

1994-cü il- «Qayalara yazılan səs» kitabı çap edilir.

1995-ci il – Müstəqil Azərbaycanın ən yüksək mükafatı – «İstiqlal» ordeni alan ilk üç şairdən biridir.

1995-ci il – Dövlət tərəfindən Almaniyaya müalicəyə göndərilir.

1997-ci il – «Yol ayrıcında söhbət» kitabı oxuculara təqdim olunur.

2001-ci il -  «Sənətdə son mənzil olmur» publisist kitabı nəşr olunur.

2002-ci il – Uşaqlar üçün yazılmış şerləri toplu halında «Şikayət dəftəri» adı ilə «Adiloğlu» nəşriyyatında çap edilir.

2002-ci il – «Qayalara yazılan səs» kitabı Təbrizdə ərəb əlifbası ilə çap olunur.

2002-ci il -  «Ağlayan qayalar» adlı suvenir kitabı çap edilir.

2003-cü il – Son illərin şerləri «Vətən deyin» adlı kitabında çap olunmuşdur.

2003-cü il – «Əsgər andı» kitabı çap edilib əsgərlərə paylanır.

2003-cü il – Cildləri – 1-2-3-4 – dörd cilddə toplanıb çap olunmuşdur.

2004-cü il – Dövlətin qərarı ilə 1-2 cildliyi çap edilir.

2004-cü il – «Çaşıoğlu» nəşriyyatında «Seçilmiş əsərləri» kitabı nəşr edilir.

 

XARİCİ DİLLƏRDƏ ÇAP OLUNMUŞ KİTABLARI

 

1966-cı il – Mamed İbraqim «Poyu Araks» (Moskva, Sovetskiy pisatelğ, stixi)

1975-ci il - Mamed Araz «Kamennıy orel» ((Moskva, Sovetskiy pisatel)

1981-ci il -Mamed Araz «Krılatıe skalı» (Baku, «Yazıçı»)

1983-cü il - Mamed Araz «Kniqa otsa moeqo» ((Moskva, Sovetskiy pisatel)

1983-cü il - Mamed Araz «Zaveshanie» (stixi na qruzinskom yazıke, Tbilisi)

1990-cı il – M.Araz  «Seçilmiş ?s?rl?ri» (Türkiyə, Kültür Bakanlığı)

2006-cı il – Məmməd Araz «Dünya sənin, dünya mənim» (fransızca, Bakı)

 

TƏRCÜMƏ ETDİYİ ŞERLƏR

 

1964-cü il – Sergey Mixalkov «Foma»

1965-ci il R.Taqor «Təbiətin intiqamı»

1966-cı il Qaysın Quliyev (şerlər)

1970-ci il – Abay (şerlər)

1974-cü il – Qevorq Ağacanyan «Narahat ürək»

1975-ci il – Mixail Svetlov (şerlər)

1982-ci il – N.A.Nekrasov «Rus qadınları»

1988-ci il – «Ocaq başında» (müxtəlif tərcümələr kitab şəklində)

 

M.ARAZ HAQQINDA ÇAP OLUNMUŞ KİTABLAR

 

1993-cü il – İsa Həbibbəyli «M.Araz-60, Millilik və bəşərilik»

1993-cü il – İsa Həbibbəyli «Məmməd Araz»

1994-cü il – Vaqif Yusifli «Məmməd Araz dünyası»

1998-ci il -  Yavuz Axundlu «İstiqlal şairləri»

1999-cu il – Y.Əliyev «Vətən sənə oğul dedi»

1999-cu il – İ.Həbibbəyli «Xalq şairi Məmməd Araz» (albom-monoqrafiya)

2000-ci il – Qardaşxan Əzizxanlı «Seçilmişlər və mən»

2001-ci il – Abdulla Qurbani  «M.Araz üç gün cəbhə bölgəsində»

2001-ci il -  «Haqqın  var yaşamağa, haqqın var, Məmməd Araz» (xatirələr, ithaflar)

2002-ci il – Raqif Nazimoğlu «Məmməd Arazla söhbət»

2002-ci il – Əmirxan Xəlilli «Məmməd Araz dühası»

2003-cü il – Flora Xəlilzadə «Məmməd Araza məktub»

2006-cı il – «Mən özüm bilirəm nəçiyəm, nəyəmg» (Haqqında məqalələr toplusu)

2008-ci il – Gülxanım Fətəli qızı «Məmməd Arazlı günlərim»

2004-cü il - dekabrın 1-də  günorta saat 13.40-da vəfat etdi.

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws