|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
                            
MƏŞHUR  ADAMLAR    MƏMMƏD   ARAZ   HAQQINDA

 Esmira   TURABQIZI:   XX əsrin dahi şairi:  Onu belə də adlandırırlar. Dünyanı   Məmməd Arazlar yaşadırlar.

Məmməd ASLAN:   Gündoğanı, Günbatanı özünə mənzil eləmiş Məmməd Arazın şairlik qüdrəti haqqında çoxları deyib, elə mən də. Ürəyim soyumadığından məqalə üstündən məqalələr yazmışam. Bu gün deyəcəyim onun tamam ayrı bir yönü haqqındadır. Məmməd Arazla bir yerdə işləmək qədər asan və Məmməd Arazla işləməkdən çətin bir şey yoxdur. Asandı ona görə ki, necə istəyirsən baş girlə, bunu da diqqətə almaz, üzünə turş söz deməz. Çətindir ona görə ki, dərk eləyirsən adamlıq nədirsə, hamısı ondadır.

Flora  KƏRİMOVA:   Məmməd Arazın şerlərində həmişə öz ovqatımı duyuram, elə bilirən ki, ancaq mənim üçün yazır.

Afaq    BƏŞİRQIZI:   Mənim üçün kəşf olunmayan çox sirli-sehirli bir şair var: Məmməd Araz. Insan sözü də bu şairin önündə balaca görünür. Onu sevmək azdır.

İsa   QƏMBƏR:  Məmməd Araz ədəbiyyatımızın təkzibedilməz, özünəməxsus şairidir. Onun yaradıcılığı vətəndaşlıq amalı ilə yoğrulmuşdur. Sözün əsl mənasında Allah vergisinə malik olduğu üçün o, yaradıcılığının bütün tellərilə xalqa bağlıdır. Vaxtilə çoxlarının dilə gətirə bilmədiklərini M. Araz bütün yaradıcılığı boyu müxtəlif ədəbi fəndlərlə xalqa deyib, xalqın ruhunu sarsılmağa qoymayıb. Məmməd Araz yaradıcılıq mövqeyi həyat tərzi ilə üst-üstə düşən insanlardandır. Onun məlum səbəbdən oxucularla birbaşa ünsiyyəti məhdud olsa da bu onu sevməyə heç bir maneçilik törətmir.

Etibar  MƏMMƏDOV:   Məmməd Araz vətəndaş şairdir. Şəxsiyyəti ilə poeziyası vəhdət təşkil edir. Bu baxımdan da o, təkrarolunmazdır.

Miyanalı   ƏLİRZA  (Cənubi  Azərbaycan):     Bizim istiqlal  mücadiləsini hansı qanlar bahasına keçdiyimizə ətraflı şəkildə nəzər salmadan da öz-özlüyündə aydın məsələdir ki, milli dövlətində azadə surətdə yaşayan xalq dövlətçilik ənənələrini irsən yaşadır, bu irs xalqın ruhunu həmişə oynar-kişnər saxlayır, onu sınmağa qoymur. Amma  Araz... Köksüqabarıq, köksüyanıq Təbriz bayatısı... Mən bu hicranın oğluyam, ona görə də bütün qəlbi, bütün rişələrilə bəlalı yurdumuza bağlanmış, şəxsi ağrı-acılarının fövqündən o taylı-bu taylı tərlanlar yurduna boylanan Məmməd Arazın sarsılmaz məsləkinə iman gətirməyə bilməzdim. Tarixə nəzər salsaq görərik ki, qəsbkarlar hər hansı bir məmləkəti fəth edəndə ilk növbədə onun ziyalılarını, ələlxüsus onun şairlərini qəhr etməyə çalışıblar. Əgər Şəhriyar adicə şairlik rəmzinin hüdudlarından kənara çıxıb  milli varlığımızı danılmaz surətdə təsdiq edirsə, onda Məmməd Araz da bu milli təsdiqin, milli iftixarın o biri qanadını təmsil edir. Bu qanadlar hələ çox fəzalar aşacaq, çox zirvələr fəth edəcək. Nə bəxtiyaram ki, röyalarımda aradığım şairi həyatda görə bildim, onun kövrək qəlbinin aynasında həm bu yurdun, həm də öz taleyimin nəqşlərini oxuya bildim...

1993
 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws