|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Eldar  SABİROĞLU

BƏS   MƏMMƏD   ARAZ   NİYƏ   UNUDULUR?!

Yenə qayıdaq “Ədəbiyyat” dərsliklərinə. Tanıdığımız bəzi-bəzi yazıçı-şairlər təzə dərsliklərin səhifələrini bəzəyiblər. Hətta  Dilsuz Mustafayev də. Qoy hamısı olsun, bununla işimiz yoxdur. Heç birinə də xainlik etmirik. Bəs Məmməd Araz niyə unudulur?! Yeni çapdan çıxan “Ədəbiyyat” kitablarında yaradıcılıqları Məmməd Arazın heç bir misrasının dəyərində olmayan bəzi müəllifcikləri görmək adama ağır gəlir. Axı hər şeyi dostluğa-tanışlığa qurban vermək olmaz.
Müasir Azərbaycan poeziyasının zirvəsində duran M. Araz unudulası şairlərdən deyil. Millilik, vətənpərvərlik, qan yaddaşımız sağlığında klassikə çevrilən bu böyük sənətkarın hər kəlməsində, hər şerində ucadan ucada dayanır. Özgə nə olmalı idi, deyin bilək, ay naşirlər! Dahilərə beləcə vaxtında qiymət verməyə-verməyə mənəviyyatımızı cılızdırmışıq. Paxıllıq, xəbislik beləcə bizi içimizdən didib, parçalayıb. Amma nə faydası, köhnə yüyənlə yenə atımızı dörd nala çapmaqdayıq.
`Məmməd Araz bu günə kimi də çox ədalətsizliklərlə üzbəüz durub. Güvənc yeri yalnız öz SÖZÜDÜR, dəyişməz olan öz MÖVQEYİDİR! Bəs nəşriyyat rəhbərlərinin, Təhsil Nazirliyinin və dərsliklərin tərtibçilərinin insafına nə gəlib?!
            Elə bil ulduzlar dolub Yelinə,
            Az qalır evini unuda adam.
            Hamı ulduz yeyir, kişmiş yerinə,
            Hamı söhbət açır Qalaktikadan...
Yetmişinci illərdə yazıb bu misraları şair. Elə bil həm də bu gün üçün yazıb... Ax zəmanə, ax zəmanə! Indi yenə “kişmiş yerinə çoxları ulduz yeyir”. Əyri düzü üstələyib: söz meydanında haqqın başına torba keçirilib.
            Ay zamana, zamana,
            Oxu qoydun kamana.
            Sərçələr arpa yeyir,
            At həsrətdir samana.

1994


 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws