|
|
|
Asif MƏRZİLİ
MƏMMƏD ARAZ XALQIN ODUNDA DEYİL, XALQIN ODUNA YANAN ŞAİRDİR...
Bəli, Məmməd Araz ömrünü damla-damla şerlərinə köçürüb: xalqın, millətin, torpağın dərdinə bürünə-bürünə və ürəyinə yığa-yığa. Təbii olaraq düşünməyə məcbur oluruq: Məmməd Araz ürəyinin tutumu nə qədərdir ki, o boyda Azərbaycanın dərdi bu boyda şair – Məmməd Araz ürəyinə necə köçə bilir? Və bu qədər dərdi ürəyində və sinəsində daşıyan və bu dərddən çərləyən Məmməd Araz niyə də xəstə düşməsin?! Həm də düşünürük: səhhəti göz qabağında olan şaırın dərdə dözümü millətimizə sirayət eləsə, necə olar? -- Həm də görünür, Məmməd Arazı bu qədər xəstəlikdən və Azərbaycanın Qarabağ dərdindən çəkdiyi sıxıntılara dözdürən xalqın böyük şairinə sonsuz xeyir-duaları, bir də təmənnasız sevgisidir, – o sevginin sözlə-dillə ifadəsini Məmməd Arazın şərəfinə açılmış ziyafətdə çıxış edənlərin söhbətində eşitdik... Xalqın odunda deyil, xalqın oduna yanan Məmməd Araza uzun ömür, Azərbaycan niskillərindən çəkdiyi dərdində səbr və dözüm, bir də çağdaş Azərbaycanımızda baş verənlərə münasibətində hövsələ arzulamaqla səmimi olaraq deyirəm: Məmməd Araz, mən demirəm ki, Allah mənim ömrümdən kəsib sizin ömrünüzə calasın. – Amma deyirəm ki, Allah sizin öz ömrünüzü özünüzə çox görməsin!..
1997
|
|
|
|
|
|
| | | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
| | | | | |
|
|