|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
ƏLİRZA

ARAZ  ŞAİRİ  KÜR  SAHİLİNDƏ

Məmməd Araz ikinci dəfə idi Neftçalada. Elə bil ki torpaq öz sənətkar oğlunun ayaqlarının və qəlbinin hərarəti ilə bir az da isinmişdi. Günəş oktyabr səmasına zərrin bir ovqat, büllur bir aydınlıq bəxş etmişdi. Böyük xalq şairi özünün dediyi kimi Xəzərə salam veməyə, Kürə baş çəkməyə, dostlarla görüşməyə gəlmişdi.
Məmməd Arazın gəlişi Xəzəri şərəfləndirdi, Kürü kövrəltdi, dostlarını sevindirdi. Araz şairi, istiqlal nəğməkarı:
-- Kürü bir qədər narahat, Xəzəri bir qədər qabarmış görürəm, – deyəndə biz də kövrəldik.
Məmməd Arazı Muğan torpağında salamlayan Neftçalalılar Kürqovuşana getmək istəyinə həssas münasibət bəsləsələr də:
-- Kürqovuşanda adacıqlar, Xəzərə uzanan dillər çoxdandır ki, su altındadır – dedilər.
Məmməd Araz isə:
-- Öz günahımızdır, yəqin ki, haradasa, təbiətə xəyanət eləmişik, nizamı pozan addım atmışıq. Təbiətin insan xəyanətinə cavabı ağır olur, çox ağır! – deyə köksünü ötürdü. Xəzər qabardıqca biz geri çəkilirik, nə qədər çəkilmək olar?! Hara qədər çəkiləcəyik?! O zərərdən Neftçalaya da pay düşür. Insanı yedizdirən-geyindirən, yaşadan nə varsa təbiətdən gəlir. Ekoloji mühitdən gəlir, mən təbii olaraq bu məsələlərdən yazan bir qələm sahibi kimi bütün büdrəmələrin səbəbini təbiətə münasibətdə görürəm.
Sözünə davam edərək – tale tarixin bir döngəsində bizə bu qisməti – müstəqil dövlət qurmaq şansını verib. Onun səddini, sərhəddini qorumalıyıq, onun torpağını, daşını göz bəbəyimiz bilməliyik. Onun taleyi bizim əlimizdədir, bizim də taleyimiz onun tərəqqisindən asılıdır. Bu Vətən hamımızın Vətənidir. Onun tarlasını bir əkib, bir becərməliyik, arxını, yolunu biz çəkməliyik, uğrunda ölmək lazım gələrsə, biz ölməliyik, heç kəs bizim əvəzimizə ölməyəcək...  
Ümumiyyətlə, o gün çox mətləblərə toxunuldu, torpaq islahatı ilə əlaqədar Respublika Prezidentinin  “Hamıya torpaq payı düşməlidir, məyar ədalət olmalıdır” kəlamı torpaqla bağlı söhbətin istiqamətini müəyyən edirdi. Məmməd müəllimin : “Torpaq islahatı, məyar ədalətdir”  adlandırdığı məqaləsi barəsində də danışdılar.
Ayrılarkən xalq şairi şəhid ailələrini həmişə diqqət mərkəzində saxlayan, Qarabağ əlillərinə qayğısını əsirgəməyən icra başcısına və bütün neftçalalılara hörmət və sevgisini bildirdi:
-- Bütün vəziyyətlərdə, bütün məqamlarda dərdə, ağrıya, bədbinliyə, düşkünlüyə, yoxsulluğa, ehtiyaca qarşı mübarizə aparan insanlara alqış! – dedi.

1997
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws