|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Rəsul    MİRHƏŞİMLİ

ONUN  ŞER  OCAĞINİN  İŞIĞI ƏFSANƏLƏRİMİZDƏKİ UZAQ
MƏNZİL BAŞINA  GEDƏN  DURNA  QATARINA  TUTULMUŞ
BƏLƏDÇİ  ÇIRAĞINA OXŞAYIR

1933-cü il oktyabrın 14-ü Azərbaycanın vətəndaş şairi Məmməd Arazın dünyaya göz açdığı gündür...
Və şairin doğulduğu həmin gündən poeziyamızda yeni bir səs erası başlanır. Bəlkə, ona görə belə sayıla bilər ki, o, özündən həm xeyli yaşlı, həm də cavan şairlərdəndir. Yazdıqlarının hamısı da canlı söz tarixidir. Bu tarixin hər səhifəsi də xalqın qəhrəmanlıq səlnaməsi, uzaq əsrlərdə baş verənlərin şahidlik kağızıdır.  Indi o səhifələr vərəqləndikcə, yovşan qoxusu verən çöllərdə atlarını səyirdən oğuz babaların səsi eşidilir, onların zəhmi, kişiliyi duyulur, ər tikətli nənələrimizin siması canlanır gözlərimizin qarşısında.
            Tarix qayalarda yazı qalırmı,
            Çoxu çoxdan itib azı qalırmı.
Məmməd Araz şerinin mayası da, cövhəri, ətri-şirəsi, nəfəsi də bu torpaqdan süzülüb gəlib – bir bulaq, bir qaya parçası kimi, lap elə zərifcə bir dağ çiçəyi kimi təbii doğulub. Şairin öz qanından, canından misralarına verdiyi o söz təbiiliyi işıqlı, mənalı bir dünya yaradıb poeziyasında. Dədə Qorqud kimi dünənindən söhbət salıb, ayıq olmağa, düşmənə-düşmən, dosta-dost olmağa çağırır. Həm də həmin, kövrək, sərt olan dünyada sabahın yolçularına cığır açır. Gözlərinin yuxusundan, ürəyinin, canının ağrılarından gizlədiyi bu şer parçalarını ərmağan eləyib yolumuza su səpir – taleyin macal verdiyi ömür payımızı boş-boşuna yükə çevirməyək deyə. 
            Zarımağa ömür deyib, ağlama,
            Hər ölümə ölüm deyib, ağlama.
Məmməd Araz kəndin, obanın içindən çıxmış adamdı, uzun illərdən bəri “qonaq yaşadığı” şəhərdə də təbiətin dilini yadırğamayıb, əksinə günü-gündən cilalayıb, saflaşdırıb. O, əsrlərin uzaq mənzil başından gələn at kişnərtilərini hamıdan qabaq eşidən, zamanın küləklərinin səsini qəlbi ilə dinləməyi baçaran, qərib şanapipik nəğmələrinin yanğısını “suçəkən” kimi canına hopduran şairdi. Insanın dərdini, sevgisini gözlərindən anlayan sərraflardandı.
            Duyğusuz bu hissi duyası deyil,
            Bu dünya sevgilər dünyası deyil.
Dünyanın, təbiətin sonsuz rəng çalarlarını çələng kimi sözə hörmüş şairin hər şeri canlı insan adıyla bağlıdır. Bu bağlılıqda güclü həyatsevərlik, hüznlü bir qəm, ya da  dəlicəsinə üsyankarlıq var. Ürəyin dolanda o şerlərlə dərdini də bölüşə bilərsən, hələ ovunmağa təsəllin də olar... Şerlərinin ruhuna, elə öz ruhlarına görə də Məmməd Arazın Şəhriyarla qoşalığını görürəm. Məmməd müəllim özü də ustad şairlə qəlbən bağlı olub həmişə. Kasıb komasında az-çox tapdığını yeyib, zəmanəyə əyilməyən kişilərdəndi Məmməd Araz. Elə Şəhriyar kimi nə möhtəşəm saraylara yaxın düşməyib, nə haylı-küylü məclislərdə təriflənməyi şərəf sanmayıb adına. Dərd qayğısıyla, fikir ülgüsünün biçib-tikdiyi söz mülkündə indiyəcən keşikçidi. Çünki nə kürsü adamı deyildi, nə mədhiyyə yazmaqla  arası yoxdu.
Zamanın dərdlərini ilk deyən ziyalılardandı. Bu gün zəmanənin ağırlığnda belə müdrik ağsaqqalların sözünə necə ehtiyac olduğunun şahidləriyik. Əsl insan kimi, ər kimi yaşamaq yolunu elə insan özü seçir. Necə ki, Məmməd Araz  o ömür yolunu seçib yaşadı, vaxtın acılarına da dözüb durdu, əzabların içində bişdi, əyilmədi, sınmadı. Şübhəsiz, bu sınmazlığıyla canına qəsd eləmiş oldu, içində çəkdikləri için-için qocaltdı şairi.
Bu il 65 yaşı tamam olan şairin şer ocağının işığı əfsanələrimizdəki uzaq mənzil başına gedən durna qatarına tutulmuş bələdçi çırağına oxşayır. Və bircə bunu arzulayaq ki, bu ocağın istisi, işığı kəsilməsin. Beş də, on da, on beş də yığılaq bu ocağın başına Məmməd Araz sağlığına!

1998



 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws