|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Məhəmmədivənd  Məhəmmədhüseyn

AİLƏ   VƏ   UŞAQ   MƏNƏVİYYATI

M. Araz yaradıcılığında diqqəti cəlb edən əsas məsələlərdən biri ailə və uşaqdır. Şübhəsiz, söz sənətindən nə səbəbdən bu mövzuya müraciət olunması xüsusi maraq doğurmaya bilməz. Şairə görə Odlar yurdunun övladı bəşəriyyətin kəşfi üçün “Azərbaycan dünyası” adlı zirvədə dayanmışdır. Qeyd edilən kəşfin mahiyyəti, məzmunu isə tamamilə milli ailədən və bu ailədə uşaqlara verilən tərbiyədən asılıdır.
Xalq şairinin dönə-dönə qələmə aldığı ailə ilə tanışlıq nəticəsində oxucu bu qənaətə gəlir ki, uşaqlarda həyat haqqında ilkin təsəvvür və anlayışların formalaşdırılmasında, onlara müəyyən təsir göstərilməsində xalqın yaratdığı şifahi xalq ədəbiyyatının əhəmiyyəti böyükdür. Bəli, gələcək fədakar vətəndaş nağıllarımızdakı xeyirə məhəbbətdən, bayatılarımızdakı saflığa çağırışdan faydalanmalıdır. Əlbəttə, uşaqların dünyagörüşündə yer tutan ilkin amillərin hansı xarakterdə olmasından çox şey asılıdır. M. Arazın ayrı-ayrı misralarında ifadə olunan bu fikirlər şairin “Nənəmin kitabı” şerilə bir daha təsdiqlənir:  
Sinəmə el sazı asdı o kitab,
Sinəmə çox kitab yazdı o kitab...
O kitabın səsi el səsi idi,
O kitab nənəmin sinəsi idi.
Şairin əsərlərini oxuyan hər kəs ailədə valideyn nüfuzunun nə dərəcədə mühüm rol oynadığının şahidi olur. Bu mənada “Atamın kitabı” poeması əvəzsizdir. Diqqətəlayiq haldır ki, poemada qələmə alınan atanın nüfuzu zorakılığa, lovğalığa, süni məhəbbətə, gərəksiz mərhəmətə əsaslanmır. Ailənin başçısı öz nüfuzunu həyatı və işi, vətəndaşlıq siması, davranışı ilə qazanır, halallıq, zəhmətsevərlik, torpağa məhəbbət onun əsas keyfiyyətləridir. Yüzillik ömrünü özünəməxsus intizamla yaşayan valideyn eyni dəqiqliyi övladlarına da aşılayır.
Dünyagörmüş atanın əmək tərbiyəsi də təkrar olunmazdır. O, ailədə uşağın gündəlik zəhmətini, görəcəyi işləri məktəbdə öyrəndiyi hərflərlə, rəqəmlərlə uyğunlaşdırır. Beləliklə, məktəbdə və ailədə tələblər üst-üstə düşür:
                                 - Bu gün nə oxuduz?
                                 -“D” hərfi, ata.
                                 -Demək, dəryazı döy -  deyiblər, dədə...
                                 -Mənim çöl əlifbam macqal dilində:
                                 -“O” keçdim – deməli orağı yağla,
                                 -“C” keçdim – deməli cütü qulaqla...
                                 Nə yaxşı, əlifba “A”-dan başlanır,
                                 Atadan başlanır,
                                 Anadan başlanır...
Ümumiyyətlə, M. Arazın ailə və uşaq haqqındakı fikirləri elmi şəkildə öyrənilməli və təbliğ edilməlidir.

2001
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws