İZ SAL
Dostum Budaq BudaqovaSəyyah dostum, yol uzundur,
Yol daşlıdır, qayalıdır.
İnsan oğlu keçilməyən
Qayaların qartalıdır.
Axtarışlar aləmində
Çox yıxılır, durur insan.
Sənsə baxıb dağ başına
Hamar yollar axtarırsan.
Şəlaləli yamaclarda
Hamar gəzmə, düz axtarma.
Dostum, həyat yollarında
Özün iz sal, iz axtarma.
1956