OXU, MOLDAVAN QIZI
Nə yaxşı qonşu olduq, De, gülüm, aram-aram... Evsiz yaşasam belə Nəğməsiz yaşamaram; Oxu, moldavan qızı! Qəlbindən keçənləri Nəğmələrin danışdı. Dnestr ürəyimə Axıb, Kürə qarışdı; Oxu, moldavan qızı! Səsin Karpat küləyi, Gözün Kodrı üzümü. Buzovna bağlarında hiss elədim özümü; Oxu, moldavan qızı! Dilini bilmirəm mən, Dil nəyimə gərəkdir... Ən gözəl nəğmələrə Tərcüməçi ürəkdir; Oxu, moldavan qızı! 1960 |
|