 |
|
|
ŞİMAL QIŞI
Hələ ayrılmamış Araz çayının İlıq yaz nəfəsli nəğmələrindən, Təbiət önümdə Cənub yayını Sanki tərs üzünə çevirdi birdən...
Geydi qar donunu gün donlu səhər, Tikanlı ayaz da nəfəsi oldu. Bığlarıma qonan buz mirvarilər Şaxtanın birinci töhfəsi oldu.
Adamlar sevindi; elə bil qarı Geydilər bir isti yun köynək kimi. Gördüm qar üstündə gül uşaqları Çəmənə dağılan kəpənək kimi.
Şamlar qış nəğməsi oxudu, bəli, Qızlar sürüşməyə səslədi məni. Üşüdüm deyəndə, bir rus gözəli Az qaldı gözündə gizlədə məni.
Hər kimə əl verib, dost dedim, inan Evinə əbədi qonaq yarandım. Hər gözün məhəbbət qığılcımından Qəlbimdə bir sönməz ocaq yarandı.
Burda məhəbbətlə isindi sinəm, Öpüşdü qışımla baharım mənim. Burda üşümərəm, yox, üşümərəm Buzdan biçilsə də paltarım mənim...
Burdan işıq gedir səyyarələrə, Moskva dünyaya alov yayıbdır. Təbiət burada şaxtanı yerə, Odu ürəklərə bağışlayıbdır!
1960
|
|
|
 |
|
 |
|  |  | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
|  | |  | |  |
|
 |