 |
|
|
NOBEL MÜKAFATI
Nobel mükafatı.... Yazdı qəzetlər, Ucaldı bu adla kiminsə adı. Oslodan, Parisdən, Madridə qədər Nobel şərəfinə tərif yazıldı.
Dayan, tərifini burdaca saxla! Məst olma böhtanlar xülyasında sən. Geri dön, tarixi bir an varaqla, Gör onu həqiqət aynasında sən.
Kimindir o qızıl, kimindir o var, Niyə tərifində bundan deyilmir?! Gözlər qamaşdıran o parıltılar Babamın gözünün nuru deyilmi?!
Gör kimin evinin daşı, divarı Soyulub kim üçün cəh-cəlal oldu. Sorulub Bakının şah damarları Nobel banklarında kapital oldu.
Tarix hökm elədi, qaranquş kimi Bahara səslədik bu elləri biz. Sapanda qoyulan qara daş kimi Atdıq yurdumuzdan nobelləri biz.
Tarix haqqımızı qaytardı geri, Sorulan qanımız qayıtmaz artıq. Bizi səsləyəndə döyüş illəri Ayılıb gördük ki, gec ayılmışıq...
Bir günlük varımı qaytarsan bir an Yurdumda min yeni şəhər yaranar. Çıxarsan neftimi sandıqlarından Alpın ətəyində Xəzər yaranar...
Demirəm dayandır mükafatını, Deyirəm çıxarma bunu yadından; Kimin alın təri, ürək qanını Mükafat verirsən kimin adından!
1960
|
|
|
 |
|
 |
|  |  | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
|  | |  | |  |
|
 |