 |
|
|
BAKI FƏHLƏSİ
Sən göydən ummadın günəşli günü, Yazdın öz bəxtini öz əllərinlə. Həyatın hər ağır məşəqqətini Əzdin çəkicinlə, yudun tərinlə...
Səndə şairlik də, alimlik də var, Fikrin qanadlıdır, ağlın dərindir. Xəzərin qoynunda qalxan buruqlar Sulara yazılan sətirlərindir...
Samuru sinənə sığışdıraraq Gətirdin Abşeron torpağına sən. Buruq meşəsində işləyib, sabah Palıd meşəsində dincələcəksən.
Ölçülsə, bəlkə də günəşə dəyər Yaşayıb, yaratmaq həvəsin sənin. Hər evin qonağı olasan deyə Xəzriyə dönübdür nəfəsin sənin...
Bakı bir monolit binaya bənzər, Ucalır, bir illik sürəti -- bir an! Şerimiz ona bir naxışsa əgər, Sən onun qranit sütunlarısan...
1959
|
|
|
 |
|
 |
|  |  | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
|  | |  | |  |
|
 |