|
|
|
NAMƏLUM QƏHRƏMAN
Sən dəniz qoynunda, dəzgah dalında Tarlada, zavodda... hər yerdə varsan. Şöhrət paylananda, ad paylananda Nə şöhrət umarsan, nə ad umarsan.
Səninçün meyarı şöhrətin, şanın Nə medal, nə də ki, tərif - yazıdır. Sənin aləmində hər qəhrəmanlıq Bəlkə də ən adi iş normasıdır.
Demirsən yolunda xalqın, vətənin... Demirsən. Sanmayaq fikrin donubdur, Bu hisslər qanınla yeriyib sənin Qəlbinə, beyninə həkk olunubdur.
Haray da salmazsan düşsən dara sən; Özgənin dərdinə dərman əlində... “Can-can” demədiyin adamlara sən Canını verərsən yeri gələndə.
Əlindən zəmilər, bağlar boy alır; Şöhrətin işindir, söhbətin deyil. Neçə mərtəbəli, neçə boyalı Çıxışlar, vədələr adətin deyil.
Bəs niyə az görür səni şerimiz? Əlini sıxmırıq bir iftixarla. Arayıb seçirik adamları biz Bəzən də toz basmış siyahılarla.
Şair, ürəyini bircə anlığa Bu adi adamlar yolunda yandır. Ən böyük qəhrəman, qəhrəmanlığa Əvəz istəməyən, pay ummayandır...
1964
|
|
|
|
|
|
| | | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
| | | | | |
|
|