|
|
|
ÖMRÜM, ARZUM...
İşə gedirəm səhər, Evə dönürəm axşam; İstəyirəm nə qədər Bu adətə alışam, Nə qədər istəsəm də İstəyim azlıq edir. Arzumun yelkəninə Ömrüm dayazlıq edir. Beləcə ömr eləmək Bəzən bezdirir məni. Dəmiryol qatarı tək Bir yolla gedib-gəlmək Bəzən bezdirir məni. Arabir istəyirəm: Deyələr işin-gücün Üfüqdən o yandadır; Səadətin bir dağda Görünməz dumandadır. Yüyürəm bir nəfəsə, Dərədən, düzdən keçəm... Başımın üstdən keçə Buludlar topa-topa. Yolumda şimşək çaxa, Yağış yağa, Sel qopa. Yenə gedəm, yol gedəm... Yollar tək qalar deyə Fanar olam gecəyə, Qanad olam buluda, Nəfəs olam sükuta. Yenə gedəm, yol gedəm... Gözlərimdə əks ola Sökülən dan, gülən dan. İçəm sübhün nurunu Üfüqün dodağından. Çiçəkləri, gülləri Şəbnəmlərə bələyəm. Meşələrə, çöllərə Quş nəğməsi ələyəm. Nabələd ovçulara Bələdçilik eləyəm. Ceyranların izindən Yayındırıb arabir İtirəm də onları. Pələnglərlə üz-üzə Gətirəm də onları. Yenə gedəm, yol gedəm... Gəzəm fikrin, xəyalın Gəzmədiyi yerləri. Kiminsə həsrətilə Yenə qayıdam geri. Kimsə məndən istəyə İtmiş səadətini. Kimsə məndə yandıra Sönmüş məhəbbətini. Bu arzu aləmində Hanı bəs təzə yolum? Son mənzili olmayır Sənətdə kəsə yolun. Adi ömür, adi iş -- Məndən ötrü deyildir. Hələ bir insan ömrü Şair ömrü deyildir.
1965
|
|
|
|
|
|
| | | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
| | | | | |
|
|