|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
UŞAQ  SƏSLƏRİ

Mən bir uşaq tanıyırdım, dəcəl bir uşaq,
Xəyalının quş qanadı, yel atı vardı.
Arzusunun gecələrdə səmaya uçmaq,
Ulduzları sapa düzmək adəti vardı.

Ürəyində sərtlik olar, mərhəmət olar,
Bir ürəkdə sığışardı bunlar bir yerə.
Yaz olanda yuvasından didərgin salar,
Qış olanda dən səpərdi boz sərçələrə.

Ayağını şeh yuyardı, saçını yarpaq,
Bir aləmi dəyişərdi bir kəpənəyə.
Dırmaşardı dağ başına, buluddan papaq,
Şimşəklərdən qırmızı lent alacaq deyə.

Nə vaxt ömrün dan yerində güldü dünyaya,
Nə vaxt ömrün səmasında qüruba endi?
Qayaların qulağında batan sədaya,
Çiçəklərdə günəş yuyan şehəmi döndü?

Hərdən məni diksindirdi ayaq səsləri:
O qaçışlar qaçışına necə bənzəyir?
Boylanıram, soruşuram, uşaq səsləri
Elə bil ki, “o burdadır, darıxma” deyir.

Yüyürürəm dalısınca, görəm onu bir;
Deyəm ona, uşaqlara dalaşmasınlar.
Çağırıram, uşaqlar da yığılıb gəlir,
Hər sorğuma, sualıma qulaq asırlar...

Gülüşürlər: “Hansı uşaq, nə uşaq, əmi?”
- Əmi nədir, yoldaşıq ki, tay-tuşuq ki, biz...
Mən oyundan çıxarılan bir uşaq kimi
Pərt oluram, qayıdıram səssiz-səmirsiz.

Yox, əmiyəm, ay uşaqlar, əmi də deyin,
Ömür keçir, nə inciyim, nə də ki, küsüm.
Bircə məndən səsinizi əsirgəməyin,
Ürəyimdə tək darıxar uşaqlıq hissim...

1964

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws