TƏSƏLLİ
Mənə dar günümdə təsəlli verin, Yaşaya bilərəm susuz, çörəksiz. Ölüm ayağında qapımdan girin Gözləri dolusu ümidlərlə siz.
Sonuncu çağrışı duyanda insan, Nə çörək, nə də ki, su acı olur. Bəli, son ayaqda, son anda insan Yalnız təsəllinin möhtacı olur.
1966
|
|