VƏDƏSİZ ÇİÇƏK
Bəlkə də dönməzdim bu həvəsimdən, Qanunlar, adətlər, hədlər olmasa. Oğlumun, qızımın ata səsindən Araya çəkilən sədlər olmasa.
Yağdır ünvanıma sözün var nə ki, Bir ömrün ikinci baharı yoxdur. Neyləyim, məhəbbət evinin də ki, Əldən ələ keçən açarı yoxdur.
Sən indi vədəsiz, qar altdan çıxan Məsum bir çiçəyə bənzərsən, gülüm, Dərməsəm qorxuram soldura tufan, Əlimdə solarsan, dərərsəm, gülüm.
1964
|
|