|
|
|
ÖZÜMLƏ SÖHBƏT
--Hara tələsirsən? --Bilmirəm hara! Bir onu bilirəm: sürət gərəkdir! Atını at getməz qayalıqlara, Quşqonmaz zirvəyə sürmək gərəkdir!.. --Zirvədə nə var ki? --Birincilik var! Ordan aşağıya baxmaq şöhrəti... --Bəs ora tələsik qalxmaq şöhrəti? Yorular, büdrərsən! --Dartan tapılar! --Dartılar yabılar!.. --Görmüşəm yedəkdə qalxan çox atı... --Yəqin görməmisən bu zarafatı: Qırır yüyənini qəfil bir tufan: Baxır gülə-gülə: Bir daş sayağı, Üzüaşağı Necə də sürətlə yuvarlanırsan...
1967.
|
|
|
|
|
|
| | | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
| | | | | |
|
|