TƏRİFDƏN QORXURAM
Tərifdən qorxuram, qorxuram yaman, Onun fitnəsindən bac almalıyam. Yoluma gül səpən tərif yanından Saymazca keçməyi bacarmalıyam.
Arabir gözümə qonmayır çimir, Tərifin nə qədər behişt bağı var. Tərifin şirindil müsahib kimi Yolçunu yolundan saxlamağı var...
Mart, 1967.
|
|