|
|
|
ADİ GÜNLƏR EŞQİNƏ
Vaxt olur ki, xoş gəlməyir Ömrümdəki təmtəraqlı günlər mənə. O gün dingiş bir qız kimi İfrat gəlir Ən sevimli güllər mənə. O gün, mənə Qonşusunun paltarında toya gedən Bir adamın yerişini xatırladır. Kimə isə yandıq verən bir qadının Gülüşünü xatırladır. O gün bəzən Nədənsə mən madarını dəfn eləyən Bir ananın kədərini düşünürəm. Son səfərdə vurulan bir qəhrəmanın Nakam qalmış zəfərini düşünürəm. Təriflərdən qaçıb o gün Tənha gəzmək istəyirəm: Bir kasıbın süfrəsində Çörək kəsmək istəyirəm. Təmənnalı sağlıqların Yalan qusan qədəhindən iyrənirəm. Bəxşiş qapan tamahların Horralanmış qəhqəhindən İyrənirəm. Düzdür, o gün Bir az çinli adamların Baxışının buzu olmur. Kimisinin gülüşü bol, Gülüşünün duzu olmur. Toy-bayramda onlar çoxu Öz qınında mürgüləyər. Gizli-gizli görüşlərin Qılığında mürgüləyər. Nə gizlədim, boyadılmış Təntənəni, təmtərağı Seyr etməyə təbim gəlmir. Bu bəzəkli məclislərə Qıçım gəlir, qəlbim gəlmir... Ömrümüzün çox varağı-- adi günlər! Təntənəsi, təmtərağı-- adi günlər! Gəlin, bir də öpüm sizi, Həyatımın əvvəlindən Sonunacan səpim sizi... 1957.
|
|
|
|
|
|
| | | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
| | | | | |
|
|