|
|
|
MƏHƏBBƏT KÖRPÜMÜZ
(“Naməlum qadına məktublar”dan)
Bizim faciəmiz qəhqəhəli qəm, Bizim komediyamız qəm dolu gülüş. Məhəbbət körpümüz deyə bilmirəm Necə tikilmişdi, necə sökülmüş...
Mən ki, dil açardım məhəbbətinlə, O necə əriyib bir güman oldu?! Qurulan bir evə birinci pillə-- İnam pilləsində yıxılan olduq.
Çökdü süfrəmizə giley dumanı, Tikanlar göyərdi könül yaramda. Öldü sevgimizin baş qəhrəmanı Öldü o səninlə mənim aramda.
Fikrinin göz görməz rişələrində Qalan düyünlərimi meylini əydi?! Qəlbinin qaranlıq guşələrində Ayaq yerləri də gözümə dəydi...
Dedim ki, əriyər bu ötərgi qış, Taparsan odunu, közünü məndə. Fəqət sən özündə məni tapmamış Axtarmaq istədin özünü məndə. Nə qədər axtardın-tapılmadın sən, Məni də qınadın çox sərtəm deyə. Xəyanət qılıncı kəsən ürəkdən Ədalət, mərhəmət istəmək niyə?!
Həyat qulağımdan bir məsəl asdı, Sən də bil, gərəyin olar bir zaman, Ürəyə girməyi bacarmaq azdır, Ürəkdə qalmağı bacarmalısan!
Sinəm çox söykənib buz nəfəsinə, Məhəbbət, ehtiras, ünsiyyət deyil. Özümü yaşatmaq xatirəsinə Səni yaşatmaq da məhəbbət deyil.
Çıxıram şəhərlər, kəndlər seyrinə, Atıram olanı, keçəni bir-bir. Bu qədər sənsizlik, sənsizlik yenə Səni ürəyimə qaytara bilmir...
Bizim faciəmiz qəhqəhəli qəm, Bizim komediyamız qəm dolu gülüş. Məhəbbət körpümüz-deyə bilmirəm- Necə tikilmişdi, necə sökülmüş...
Lvov-Bakı. İyul-avqust, 1966.
|
|
|
|
|
|
| | | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
| | | | | |
|
|