SƏNİN İSTƏYİN
(“Naməlum qadına məktublar”dan)
Sənin bu halına acığım gəlir, Sənin bu qəlbinə yazığım gəlir.
Desəm ki, bir an da dərməyib nəfəs Od üstə, buz üstə ayaqyalın gəz Bilirəm, elərsən, Bilirəm, desəm Qəlbinin pərdəsi gərək tarıma, Gözünü ver salım cib fanarıma Bilirəm, elərsən, Bilirəm, desəm Qapıma bir quru ağac gəzirəm, Gəlib quruyarsan qapımda o dəm. Hazırsan önümdə alçalmağa da, Bunu zəfər bilib, əl çalmağa da. İstəsəm, önümdə varaq olarsan, İstəsəm, telimdə daraq olarsan. Fəqət istəmirəm, daş ürəyim var, Var istəyin qədər yox istəyim var. Demə ki, dünyada yox ürəyəm mən, Qəlbimin insafı, rəhmi yanıbdır. Bu sərt həqiqəti gərək biləsən; Tabelər həmişə tapdalanıbdır!.. Müti məhəbbətlər oyuncaq olub, Həlim təbiətlər oyuncaq olub. Yox, eşqi dilənmə, ürəyini yar: Bir azca məğrurluq,bir azca vüqar Bir azca soyuqluq, bir azca təmkin, Dönüklər üçün də bir azacıq kin, Sevgi tellərinə düz cərgə-cərgə... Bunlar məhəbbətin duzudu bəlkə?! Bunu da elərsən, bilirəm, desəm; Mən necə istəsəm, necə istəsəm, O dona girərsən bir an içində. Bəlkə bunun üçün, bunun üçün də, Sənin bu halına acığım gəlir, Sənin bu qəlbinə yazığım gəlir...
1966.
|
|