|
|
|
ETİRAF
Bilmirəm neylədim öz əsrimdə mən, Neylədim-gələcək nəsil deyəcək. Bu günün ətrini nəğmələrimdən Sabaha aparan nəsim deyəcək.
Hünərim çox olub özüm biləni, Günahım ondan da çox olub hələ. Bir gödək ömrümdə bir ailəni Yarıda bilmədim məhəbbətimlə.
Bəzən bir səhvimə yüz tənbeh yedim, Çırpınıb düzəldim, görən olmadı. Böyük bir işimə mükafat nədir, Bir çimdik “sağ ol”da verən olmadı.
Yazmışam hər şeyi könül naməmə, Bircə bu günahım bağışlanacaq. Neylədim -- vətəni sevmək naminə, Ucaltmaq naminə elədim ancaq... 1967.
|
|
|
|
|
|
| | | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
| | | | | |
|
|