 |
|
|
PROFESSOR GÜLƏ MƏKTUB
Oxudum, professor, Oxudum məqaləni, Seyr etdim Xəzərdəki Vəsfə sığmaz aləmi. Xəzər bir xəzinədar, Xəzər bir xəzinədir. Qoynu-qoltuğu dolu Bir nənədir: Yedirdir-süfrə salır, Yatırdır-layla çalır. Xəzər xəzərilərin Gözəllik adını saxlayır. Dalğalar arxivində Babaların nərəsini, Nənələrin fəryadanı saxlayır, Xəzər Xəzər olandan Sağılır qızıl inək kimi. Sağıb, sorub, Sonra yorub qısır inək kimi Biz onu satmaq istəyirik. Ölü dənizlər muzeyinə Atmaq istəyirik. Xəzərdən ağ balıq, Şahmayı, uzunburun, Siyənək qurtarır. Qızıl balıq adlı Çiyələk qurtarır. Xəzərin taleyi Biganəliyə yem olur. Xəzərin taleyi Kağızlar üstündə Problem olur. Xəzərdən sahilə Qızıl dartırıq, Gülab tökürük. Sahildən Xəzərə Zəhər axıdır, Çirkab tökürük. Xəzərin bu dərdi Bir nərilti kimi Qulaqlara girmir, Bizimlə mətbəxlərə, Otaqlara girmir, Daş yastıq, tikan döşək, Buz yorğan olmur. Ali məclislər süfrəsinə Xəzərin dərdini doğrayan olmur! Adamlar var ki, Xəzər Səhər də, axşam da, Süfrəsini bəzər. Beləsinə desən Dardadır Xəzər, Bir ucalt səsini! Deyər: hardadır Xəzər?! Xəritədə gəzər Afrika qitəsini... Birdən deyərlər: Dayan bircə! Siz özünüz necə, professor, Bir afərin medalı almaq üçün. Rəislik talvarına ucalmaq üçün Gündə bir tədqiqat Ağacı bitirənlərin, Bir partlayışda Yüz buruq dəyəri itirənlərin Qolundan yapışıb vüqarla Fikrinizi beyninə Vurmusunuzmu elmi mismarla? Yox, professor, yox! Giley qəhrəmanımız çox, Dil pəhləvanımız çox! Bəlkə də bir qədər Tünd oldu yazım, Mübaliğə rəngini Çox etdi şair ehtirasım. Axı daş beyinləri sən Gərək vaxtında deşəsən! Bir də ki, Adi dərdinə də Heç dözüm yoxdu məndə-- Axı anamdır Xəzər! Bəlkə Ölü dənizi də Bir vaxt belə öldürüblər, Ona da çirkablar Gəmilərdən deyil, Şüursuz beyinlərdən axıb, Hələ də açılmamış Sirli düyünlərdən axıb. Bir gözəlin saçını kəsiblər, Qolunu-qıçını kəsiblər, Qulağından mirvarini açıblar, Sonra bir düzün ortasında Lüt-üryan qoyub qaçıblar. Soyuq qurudub buz eləyib, Günəş əridib duz eləyib... Bu gün mən Bu fikirlər içində gəzirkən Sandım ki, bir əfsanəvi quşam, Gələn əsrlərin Hansı budağınasa qonmuşam: Görürəm əlində tor-- İki professor Ləpələri o üzə, Bu üzə çevirir. Bərk mübahisə gedir: Biri deyir, bir zaman Xəzərdə canlı varmış, Onu ikiayaqlı canlılar Qırıb qurtarmış. Biri deyir: Yox, elə bu dəniz ölüdür, Əzəldən şüşə gözdür... Əsəbim burda dözmür, Daha dözmür, uçuram Əsrimin indisinə. Xəzər kimi hayqırır indi sinəm; Xəzəri qorumağa Silah istəyir, Yunan əsatirindən Allah istəyir, Dənizlər Allahı! Yox, professor, sabahı Sabah deyil, bu gün qorumalıyıq! Sabahın bu günkü kifindən qorunmalıyıq! Bu gün çürüyən toxum Sabah bərəkət olmur! Qənaət olmayanda, Bərəkət sərvət olmur... Biz bağların barını Ömürlük dərsək, Gələcək nəsilə Quru ağac versək, Adımızı, ruhumuzu Çəkərlər dara. Sümüyümüzü yığıb Qoyarlar toplara... Şerim sərbəstdir bir qədər Birdən ahəngdarlıq sevən Xəzər Məndən küsər. Mən qəsdən belə yazdım, professor, Mən şeri qırmazdım, professor, Qırılan sətirləri Qırılan balıqların sürüsünə bənzədirəm. Seyrələn nöqtələri Xəzərin seyrələn Kürüsünə bənzədirəm. Xəzərin taleyinə baxımda Bax, belə sərbəstlik var, professor! Sərbəstlikdən betər Sərməstlik var, professor!
1966.
|
|
|
 |
|
 |
|  |  | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
|  | |  | |  |
|
 |